Dünya, Maraqlı
25 fevral 2021
1557
“Moderna” koronavirusun yeni növünə qarşı peyvənd hazırladı
ABŞ-ın “Moderna” şirkəti koronavirusun Cənubi Afrika növünə qarşı yenilənmiş vaksin versiyasını inkişaf etdirdiyini və klinik tədqiqatlar üçün ABŞ Milli Səhiyyə İnstitutuna göndərdiyini açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında məlumat yerləşdirilib.
““Moderna” ilk Cənubi Afrikada təsbit edilmiş “B.1.351” olaraq bilinən “SARS-CoV-2” növünə qarşı inkişaf etdirdiyi “mRNA-1273.351” spesifik peyvənd namizədinin istehsalını tamamlayıb və 1-ci mərhələ klinik sınaqlar üçün Milli Səhiyyə İnstitutuna göndərib”,- deyə açıqlamada qeyd olunub.
Yenilənmiş vaksin artıq peyvənd olunmuş insanlar üçün gücləndirici rol oynamaqla yanaşı, koronavirusa yoluxmamış və peyvənd olunmamış şəxslərə də ilk peyvənd kimi vurula bilər.
Yenilənmiş peyvəndin nə vaxt ümumi istifadəyə veriləcəyi barədə məlumat yoxdur.
Xatırladaq ki, keçən ilin sonları Böyük Britaniya, Cənubi Afrika və Braziliyada koronavirusun yeni növləri aşkarlanmışdı. Alimlər bunlardan bəzilərinin əsas növdən daha yoluxucu olduğunu açıqlamışdılar.
Daha çox xəbər:
Daha bir ölkə koronavirusun yeni növünə görə Britaniya ilə uçuşları dayandı ...
DünyaKoronavirusun Britaniyada yayılan yeni ştamı barədə nələri bilirik?
DünyaPutin də peyvənd olunacaq?
DünyaRusiya peyvənd sınaqlarının nəticəsini açıqladı
DünyaKoronavirusla bağlı ŞAD XƏBƏR DÜNYAYA ELAN EDİLDİ — Peyvənd...
Dünya