Dünya
12 mart 2021
980
Ermənistan MN-in rəsmiləri “Patron David” işi ilə bağlı dindirilib
Ermənistan Müdafiə Nazirliyinin bir sıra məmurları silah satıcısı David Qalstyana (“Patron David”) qarşı açılan cinayət işi çərçivəsində Milli Təhlükəsizlik Xidməti tərəfindən dindirilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Joğovurd” qəzeti məlumat verib.
Qalstyanın vəkili Armen Harutyunyan məlumatı qəzetə təsdiqləyib, lakin istintaqın gizliliyi səbəbindən dindirilən şəxslərin adlarını açıqlamayıb.
Qəzet qeyd edib ki, dindirilməyə Silah Qüvvələrin Silahlanma Müdirliyinin rəhbəri, silah tədarükü komissiyasının üzvü olan general-mayor Poqos Poqosyan da çağırılıb.
Qalstyanın vəkili isə müvəkkilinin bir neçə dəfə MTX-yə ifadə verdiyini və günahını boynuna almadığını bildirib. Harutyunyan qeyd edib ki o, Qalstyan barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün Kassasiya Məhkəməsinə müraciət etmək niyyətindədir.
Qeyd edək ki, 1 fevralda David Qalstyanın saxlanıldığı məlum olmuşdu. O, Müdafiə Nazirliyinə köhnə və istifadəyə yararsız top mərmilərini satmaqda ittiham edilir.
Daha çox xəbər:
“Caliber”: “Ermənistan ağladığı vaxtda Tonoyan qızının toyuna hazırlaşır” - ...
Dünya, VideoTonoyan “dqr”in “müdafiə naziri” barədə Azərbaycana məxfi məlumat sızdırıb ...
KriminalPaşinyan hökumətin 80 faizini dəyişdirmək niyyətindədir - Erməni mətbuatı
DünyaTonoyan Azərbaycan ordusunun gücünü belə etiraf etdi
Dünya"Bandotdel" əməliyyat keçirdi, saxlanılanlar var
Kriminal