Dünya
01 iyul 2020
277

Şəhərin meri koronavirusa görə diz çöküb üzr istədi — VİDEO

Şəhərin meri koronavirusa görə diz çöküb üzr istədi — VİDEO


İndoneziyada Surabaya şəhərinin meri Tri Rismaxarini koronavirusa görə həkimlərdən üzr istəyib.
Mer xəstəliyin yayılması ilə mübarizə üçün müxtəlif tədbirlər görməyə çalışsa da, pandemiyanın qarşısını ala bilməyib.

bu səbəbdən o, həkimlər və xəstəxana müdirləri ilə görüşdə dizləri üstə çökərək, göz yaşları içində onlardan üzr istəyib. Jakarta Post qəzetinin yazdığına görə, mer yerli xəstəxananın pulmonoloqunun CoViD-19 xəstələrinə daha yer çatdıra bilməməsi haqqında şikayətinə sonra belə reaksiya verib

İclasda iştirak edən həkimlər, tələsik meri ayağa qaldırmağa və onu sakitləşdirməyə başlayıblar. Onlar bu işdə yerli sakinlərin də günahkar olduqlarını, koronavirus infeksiyasının daha da yayılmasının qarşısını almaq üçün təhlükəsizlik tədbirlərinə riayət etmədiklərini bildiriblər.