Dünya
06 iyul 2020
1013
Virusoloq: “Moskvada koronavirusun ikinci dalğası olmayacaq”
“Moskvada koronavirusun ikinci dalğası mümkün deyil”.
Bunu “İzvestiya”ya müsahibəsində rusiyalı virusoloq Pavel Volçkov söyləyib.
Rəsmi məlumata görə, Moskvada müayinə olunan vətəndaşların 20 faizində anticisimlər aşkarlanıb. Bununla birlikdə, yeni məlumatlara görə, populyasiyada T-hüceyrə immuniteti olan insanlar IgG anticisimləri olanlarla müqayisədə, 2-3 dəfə çoxdur.
Beləliklə, Rusiya paytaxtı sakinlərinin 40-60 faizində koronavirusa qarşı immunitetin yarandığını güman etmək olar.
Virusoloqun proqnoza görə, paytaxtda yoluxmuş insanların gündəlik artımı azalmağa başlayacaq və avqustun sonunda sıfıra yaxınlaşacaq. Bu müddətdə moskvalıların 80-90 faizində immunitet yaranacaq. /oxu.az/
Daha çox xəbər:
Azərbaycanda koronavirusun ikinci dalğasının başlayacağı vaxt AÇIQLANDI — R ...
ÖlkəMoskvada Qələbə paradı başlayıb — CANLI YAYIM
Gündəm, DünyaAzərbaycan hərbçiləri bu gün Moskvada Qələbə paradında iştirak edəcək
Gündəm, ÖlkəMəşhur bloger Hüseyn Həsənov Moskvada saxlanıldı
KriminalSon dəqiqə! Azərbaycanda koronavirusun ikinci dalğası başlayıb? — AÇIQLAMA
Gündəm, Ölkə