Dünya
06 iyul 2020
333
Türk dünyasının musiqiçiləri Nazarbayevin yubileyini belə təbrik etdilər – VİDEO

Türk dünyasının sənətçiləri bu gün 80 yaşı tamam olan Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevi “Üş Konır” mahnısı ilə təbrik ediblər (Sözləri: N. Nazarbayev, musiqisi: A. Korazbayev).
Türkdilli ölkələrin – Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Türkiyə, Rusiya Federasiyasının subyektləri: Başqırdıstan, Tatarıstan, Yakutiya, həmçinin Qaqauziyadan (Moldova) olan 50-dən çox musiqiçi və solist qazax mahnısını oxuyublar.
TÜRKSOY-un mətbuat xidmətindən verilən məlumata görə, sonra bütün ifalar tək bir klipə yerləşdirilib.
Layihəni təşkilatın rejissoru, Qazaxıstanın əməkdar incəsənət xadimi Arman Nurmaxamatulı həyata keçirib.
(konkret.az)

Daha çox xəbər:

Mehriban Əliyeva polis əməkdaşlarını təbrik etdi
Gündəm, Siyasət
Mehriban Əliyeva hərbi qulluqçuları və veteranları təbrik edib
Siyasət
Azərbaycan Prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik etdi
Gündəm, Siyasət
Nursultan Nazarbayev koronavirusa yoluxdu
Dünya
İlham Əliyev Vladimir Putinə məktub yazıb
Gündəm, Siyasət