Dünya
14 iyul 2020
329
ABŞ koronavirus vaksininin istehsalına başlayır
ABŞ əczaçılıq şirkətləri yayın sonunadək koronavirus vaksininin istehsalına başlamağı planlaşdırır.
Bu barədə "Reuters" agentliyi ABŞ Prezidenti Donald Tramp administrasiyasındakı mənbəyə istinadən məlumat verib. "Peyvənd materiallarının istehsalına nə vaxt başlanacaq? Yəqin ki, dörd-altı həftədən sonra. Biz yayın sonuna qədər peyvəndi fəal şəkildə istehsal etməyə başlayacağıq",-deyə administrasiyanın nümayəndəsi bildirib. Onun sözlərinə görə, artıq lazımi avadanlıq və materiallar alınır, həmçinin istehsal üçün ərazi axtarışları davam etdirilir.
Bununla yanaşı, administrasiyadan bildirilib ki, 2021-ci ilin əvvəlinə kimi ABŞ 300 milyon doza peyvənd istehsal etməyi planlaşdırır.
Qeyd edək ki, ABŞ-da koronavirus üçün dörd peyvəndin klinik sınaqlarına başlanılıb.
Daha çox xəbər:
Tramp koronavirus vaksininin tezliklə yaradılacağına söz verdi
DünyaRusiya peyvənd sınaqlarının nəticəsini açıqladı
DünyaKoronavirus peyvəndinin qiyməti bəlli oldu
ÖlkəKoronavirusla bağlı ŞAD XƏBƏR DÜNYAYA ELAN EDİLDİ — Peyvənd...
DünyaKoronavirus peyvəndi ilə bağlı sevindirici xəbər – İyul ayında…
Cəmiyyət