Dünya
16 dekabr 2020
998
Fransada bu gecə bir qadağa bitir, yenisi başlayır
Bu gecədən etibarən Fransada komendant saatı tətbiq ediləcək.
“Qafqazinfo” xəbər verir ki, koronavirusa qarşı mübarizə çərçivəsində 30 oktyabrda başlayan küçəyə çıxma qadağası bu gecə bitdikdən sonra komendant saatı başlayacaq.
Vətəndaşların saat 20:00 və 06:00 arasında küçəyə çıxmasına icazə verilmir.
Məhdudiyyətlər çərçivəsində teatr, kinoteatr, restoran və barlar qapalı qalmağa davam edərkən, vətəndaşlar komendant saatlarında icazə ilə çölə çıxa biləcəklər. İş və sağlamlıq problemləri olan, əlillərə kömək edən və ev heyvanlarını gəzdirənlər qadağadan azad ediləcək.
Qadağaya tabe olmayanlar isə 135 avro cərimə ediləcək.
Daha çox xəbər:
Azərbaycanda bir həftəlik çölə çıxma qadağası tətbiq edilə bilər - Açıqlama
ÖlkəDİN vətəndaşları komendant saatı qaydalarına riayət etməyə çağırıb
CəmiyyətBaş Polis İdarəsindən komendant saatı ilə bağlı əhaliyə - Müraciət
SosialTürkiyədə bu qadağalar götürüldü
Dünyaİki ay ərzində küçəyə çıxma qadağası təklif edilib — RƏSMİ
Gündəm, Cəmiyyət