Dünya
05 noyabr 2020
1108
Xarici zəvvarların Kəbəyə ümrə ziyarətləri başladı
Koronavirus tədbirləri çərçivəsində 8 ay müddətinə xarici vətəndaşlar üçün dayandırılan ümrə ziyarətləri yenidən başlayıb.
Bu barədə Səudiyyə Ərəbistanının Həcc və Umrə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İndoneziya və Pakistandan gələn ziyarətçilər noyabrın 1-də ölkəyə çatıb və üç gün karantində qaldıqdan sonra Kəbəyə üz tutublar.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı 4 oktyabr tarixindən ölkə vətəndaşları üçün ümrə ziyarətlərinə yenidən başlamışdı.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı 29 sentyabrda ümrə ziyarətləri üçün bəzi tədbirlərin görüləcəyini açıqlamışdı. Belə ki, koronavirus tədbirləri çərçivəsində Kəbə və Həcərül-Əsvədin ətrafına qoyulmuş barrikadaların orada qalmağa davam edəcəyi, ziyarətçilərin Kəbə və Həcərül- Əsvədə yaxınlaşmasına və onlara toxunmasına icazə verilməyəcəyi, həmçinin Kəbənin yerləşdiyi Məscidül-Həramın gündə 10 dəfə dezinfeksiya ediləcəyi bildirilmişdi.
Daha çox xəbər:
Səudiyyə Ərəbistanında Türkiyə məhsullarına qoyulan qadağa xarici sahibkarl ...
Dünyaİlham Əliyev Səudiyyə Ərəbistanı kralına məktub göndərdi
SiyasətPandemiya dövründə Həcc ziyarəti — FOTO
DünyaSəudiyyə Ərəbistanı bu il xarici zəvvarlar üçün Həcc ziyarətini — LƏĞV ETDİ
DünyaHəcc ziyarəti ilə bağlı YENİ QƏRAR: Bu il belə keçiriləcək
Cəmiyyət