Dünya
02 mart 2021
1004
Ermənistan müxalifəti Yerevanın mərkəzini yalnız Paşinyan getdikdə azad edəcək
Ermənistanın müxalif "Vətənin qurtuluşu hərəkatı" Yerevanın mərkəzindəki Baqramyan prospektini yalnız baş nazir Nikol Paşinyanın vəzifədən gedəcəyi təqdirdə azad edəcək.
“Report” xəbər verir ki, bu barədə müxalifət hərəkatının koordinatoru İşxan Saqatelyan bildirib.
"Nikol mövcud deyil, vəssalam", - o deyib.
İşxan Saqatelyan həmçinin bildirib ki, müxalifətin növbəti mitinqi bu gün yerli vaxtla saat 16:00-də olacaq.
"Sabah biz etiraz aksiyalarını davam etdirəcəyik", - o əlavə edib.
Daha çox xəbər:
Ermənistan parlamentinin qarşısında etiraz aksiyası keçirilir
DünyaBu gün Ermənistan müxalifəti yolları bağlayacaq
DünyaErməni müxalifəti Paşinyanın istefası tələbi ilə ölkə üzrə tətilə hazırlaşı ...
DünyaMüxalifət sabah Paşinyanın xəyanət faktlarını açıqlayacaq
DünyaPaşinyan: "İstefa verməyəcəm"
Dünya