Dünya
01 iyul 2020
1037
Müxalifət lideri koronavirusa yoluxub
Ermənistanın “Çiçəklənən Ermənistan” Partiyasının və parlamentdə fraksiya lideri Qaqik Çarukyan yeni növ koronavirusa yoluxub.
“Ölkə.Az” erməni mediasına istinadən xəbər verir ki, Qaqik Çarukyan virusa yoluxmasına baxmayaraq özünü yaxşı hiss edir.
“Onun 37,1, 37,2 dərəcə temperaturu var. Axşam temperatur bir az artıq olub. Onda eyni zamanda yüngül pnevmaniya əlamətləri var”- vəkil Emin Xaçatryan deyib.