Dünya
14 iyul 2020
1003
ABŞ Azərbaycana və Ermənistana çağırış etdi
Birləşmiş Ştatlar Ermənistan və Azərbaycanın sərhədindəki toqquşmaları pisləyir və tərəfləri dərhal güc tətbiqini dayandırmağa çağırır.
Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin başçısı Morqan Ortequsun bəyanatında deyilir.
"Birləşmiş Ştatlar qəti surətdə Ermənistan və Azərbaycanın dövlətlərarası sərhədindəki zorakılığı pisləyir. Biz tərəfləri dərhal güc tətbiqini dayandırmağa, sonrakı eskalasiyadan qaçmaq, həmçinin atəşin dayandırılması rejiminə qəti tərəfdar olmaq üçün onlar arasındakı mövcud rabitənin birbaşa kanallarından istifadə etməyə çağırırıq", - o deyib.
“ATƏT-in Minsk Qrupunun həmsədri kimi ABŞ tərəflərə Dağlıq Qarabağ münaqişəsinin davamlı və dinc yolla həllinə kömək etməkdə qətiyyətli olaraq qalır. Biz bu hədəfin nailiyyətinə yönəldilmiş səylərdə fəal iştirak etməyə davam edəcəyik.
ABŞ Minsk Qrupu həmsədrlərinin tərəflərə mümkün qədər qısa müddətdə əsaslı danışıqlara başlamaq çağırışlarına qoşulur və həmçinin vəziyyət imkan verdikcə ATƏT müşahidəçilərinin bölgəyə qaytarılmasının vacibliyini qeyd edir”, - ABŞ-ın xarici siyasət idarəsində bildiriblər.
Daha çox xəbər:
Pakistan dediyini etdi — Azərbaycana dəstək verdi
SiyasətNazirdən Ermənistana sərt çağırış: “Ermənistan ağlını başına toplasın, Azər ...
DünyaAzərbaycan XİN başçısı rusiyalı həmsədri və Anjey Kaspşik ilə cəbhədəki vəz ...
SiyasətABŞ prezidenti Çinlə ticarət sazişini dayandırır
DünyaAvropa Parlamentindən Paşinyana sərt təpki – Bəyanat verildi
Gündəm, Siyasət