Dünya
22 mart 2021
1984
Çin peyvəndi vurduran Pakistanın Baş naziri koronavirusa yoluxub – FOTO

Pakistanın Baş naziri İmran Xan koronavirusa yoluxub.
Bu barədə Baş nazirin köməkçisi Feysəl Sultan özünün “Twitter” səhifəsində məlumat verib.
O, qeyd edib ki, İmran Xanın COVID-19 testinin cavabı pozitiv çıxıb və Baş nazir özünü təcrid edib.
Xatırladaq ki, martın 18-də Pakistanın hökumət başçısı Çinin “Sinopharm” şirkətinin istehsalı olan koronavirusa qarşı vaksinlə peyvənd olunub.
Ölkənin Səhiyyə Nazirliyi bəyan edib ki, peyvənd dərhal təsir etmir. Onun orqanizmdə virusa qarşı immunitet yaratması üçün bir neçə həftə lazımdır.

Daha çox xəbər:

Azərbaycanda koronavirusa qarşı peyvənd olunanların sayı AÇIQLANDI
Ölkə
Koronavirusa yoluxub sağalanlar nə zaman peyvənd olmalıdır?
Ölkə
Roza Zərgərli koronavirusa yoluxub
Şou biznes
Bu iki azərbaycanlı məşhur koronavirusa yoluxub? — Bizdə koronavirus... - F ...
Şou biznes
“Əgər koronavirusa qarşı peyvənd hazırlanarsa…” — TƏBİB sədri
Ölkə