Dünya
14 iyul 2020
984
“Putin bizi Azərbaycanla tək qoydu” – İrəvana şok çağırış
Keçmiş hakimiyyət Ermənistanı Rusiyanın altına qoydu, indi də rusların təsir dairəsindən çıxmaq istəyən ölkəni orada saxlamağa can atırlar. İndi ölkədə baş verənlər anti-Rusiya prosesi deyil, bu, ABŞ və İrana xoş gəlmək üçün baş verən hadisələrdir. Əgər Rusiya anti-Ermənistan siyasəti aparırsa, deməli, belə də olmalıdır.
Bunu erməni politoloq Levon Şirinyan deyib.
Şirinyan Rusiyanı Aprel döyüşlərində və digər həssas məqamlarda Ermənistanı Azərbaycanla tək qoymaqda ittiham edib:
“Aprel döyüşlərindən əvvəl və sonra Azərbaycan ordusunu silahlandıran Rusiyanı xalqımızın sevməyinin ehtimalı azdır. Rusiya ilə münasibətləri tənzimləməliyik və Moskva hüquqlarımıza hörmət etməlidir.
Daxildəki bəzi qüvvələrin məqsədi 1920-ci ildə olduğu kimi yenidən ruslar tərəfindən Ermənistanın işğalına nail olmaqdır. Ermənistan Rusiyanın quberniyası statusundan imtina etməlidir. İndi məsələ təkcə Rusiya deyil, Ermənistanı Türkiyəyə vermək istəyənlərin sayı da kifayət qədərdir.
Oliqarxlar Putini təhrik edirlər ki, Ermənistanı ələ keçirsin. Hesab edirəm ki, ruslarla münasibətlərə yenidən baxılmalıdır”. (teleqraf.com)
Daha çox xəbər:
Gərginliyin şok səbəbi: Ordumuz Ermənistanın qaz kəmərini vura bilər
Siyasət“Aprel döyüşlərində olduğu kimi…” – Polkovnik
Ölkə“Putinin “tarixi Rusiya torpaqları” iddiasının Azərbaycana heç bir dəxli yo ...
DünyaRusiya ilə Ermənistan arasında yeni qalmaqal — Moskva Yerevandan izahat təl ...
DünyaAzərbaycan-Rusiya sərhədində baş verən hadisələrə görə cinayət işi açıldı – ...
Kriminal