Dünya
18 iyun 2020
1154
Körpə koronavirusun səbəb olduğu yeni xəstəlikdən öldü
Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən Morozovskaya xəstəxanasında iki yaşlı Mariya Parşikova koronavirusdan qaynaqlanan yeni bir xəstəlik səbəbindən həyatını itirib.
“RİA Novosti”yə istinadən xəbər verir ki, həkimlər bir həftə ərzində uşağa kömək etməyə çalışıblar. Əvvəlcə həkimlər körpə qızda Kavasaki sindromunun olduğunu fikirləşiblər. Ancaq meyityarma ekspertizasından sonra onun koronavirusun səbəb olduğu Kavasaki sindromuna bənzər bir xəstəlikdən öldüyü məlum olub.
Sözügedən xəstəliyin körpənin daxili orqanlarına geniş ziyan vurduğu bildirilib.
Morozovskaya Xəstəxanasının məsləhətçi pulmonoloqu Dmitri Ovsyannikov uşaqlarda Kavasaki sindromuna bənzər bir xəstəliyin qızdırma, selikli qişalarda dəyişiklik, ovuc və ayaqlarda şişkinlik, konyuktivit və limfa düyünlərində artım kimi simptomlarla müşayiət olunduğunu qeyd edib. /Qafqazinfo/