Dünya
12 mart 2021
981
Türkiyədə yenə zəlzələ oldu
![Türkiyədə yenə zəlzələ oldu Türkiyədə yenə zəlzələ oldu](https://qafqazinfo.az/uploads/1604240611/zelzele.jpg)
Türkiyədə 4 bal gücündə zəlzələ olub.
Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələ Ağrıda yerli vaxtla saat 08:57-də (Bakı vaxtı ilə saat 09:57-də-red.) qeydə alınıb. Yeraltı təkanların ocağı 7,02 kilometr dərinlikdə yerləşib. Zəlzələ ətraf bölgələrdə də hiss edilib.
Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.
![](/templates/everyday-106-blue/images/728rkl.jpg)