Dünya
13 mart 2021
1042
ÜST-ün baş direktoru Azərbaycana təşəkkür etdi
![ÜST-ün baş direktoru Azərbaycana təşəkkür etdi ÜST-ün baş direktoru Azərbaycana təşəkkür etdi](https://olke.az/photo/770x415/2021/03/13/1615614281_b870d8cd-d852-3677-8f30-eb234c10f962_850.jpg)
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Qebreyesus BMT-nin Cenevrə Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Azərbaycan daimi nümayəndəliyinin təşkilatçılığı ilə baş tutan Qoşulmama Hərəkatına üzv dövlətlərin səfirləri ilə videoformatda keçirilən müzakirələrə qatılıb.
O, bu barədə “Twitter” hesabında paylaşma edib.
Müzakirələrin məhsuldar keçdiyini bildirən T.Qebreyesus hazırda Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycana koronavirusla bağlı BMT-nin xüsusi sessiyasının keçirilməsi və BMT-nin İnsan Hüquqları Şurasında peyvəndlərlə bağlı qətnamənin irəli sürülməsinə görə təşəkkür edib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin yanvarın 31-də keçirilən onlayn Zirvə toplantısında BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından qətnamə layihəsi ilə çıxış etməyi planlaşdırdığını bildirmişdi. Koronavirusa qarşı peyvəndlərə ədalətli çıxışın təmin edilməsi ilə bağlı həmin qətnamə layihəsi Azərbaycan tərəfindən İnsan Hüquqları Şurasında artıq irəli sürüb.
![](/templates/everyday-106-blue/images/728rkl.jpg)
Daha çox xəbər:
![Beynəlxalq qurumlara Bərdə terroru barədə hesabat göndərildi](https://olke.az/photo/770x415/2020/11/12/1605165734_vugar_iskandarov_deputat_300520.jpg)
Beynəlxalq qurumlara Bərdə terroru barədə hesabat göndərildi
Kriminal![Azərbaycanın BMT BA-nın xüsusi sessiyasında iştirakı Ermənistanı narahat et ...](https://olke.az/photo/770x415/2020/11/07/1604735660_baba.jpg)
Azərbaycanın BMT BA-nın xüsusi sessiyasında iştirakı Ermənistanı narahat et ...
Siyasət![BMT Azərbaycanın çağırışı əsasında qətnamə qəbul edib](https://olke.az/photo/770x415/2020/11/06/1604640606_bmt.jpg)
BMT Azərbaycanın çağırışı əsasında qətnamə qəbul edib
Siyasət![Ceyhun Bayramov XİN başçısı kimi ilk iclasa qatıldı - Foto](https://qafqazinfo.az/uploads/1594916446/bayramov.jpg)
Ceyhun Bayramov XİN başçısı kimi ilk iclasa qatıldı - Foto
Siyasət![Həmid Həsənov: Dünyada koronavirusa qarşı mübarizədə Azərbaycanın adı birin ...](https://img.salamnews.org/5f026b5491ec91c9d80e3830e7ec2cda/a7cf5591-1c8c-4f4d-bbe6-426591949411_542.jpg)
Həmid Həsənov: Dünyada koronavirusa qarşı mübarizədə Azərbaycanın adı birin ...
Gündəm, Cəmiyyət