Gündəm, Ölkə
18 iyul 2020
356
Şəhid polkovnikin oğlu atası ilə son telefon əlaqəsindən danışdı - Video
Şəhid polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev atası ilə olan son telefon əlaqəsindən danışıb.
Azərbaycan Televiziyasında yayımlanan “Çıxışa doğru” verilişində qonaq olan gənc bunları deyib:
“4 gün qabaq atamla telefon danışığı olmuşdu. Bu telefon danışığında gələcəklə bağlı planlarımızı, nə edəcəyimizi, seçdiyimiz peşənin necə olacağı barədə söhbət etmişdik.
Atam hərbçi kimi çalışırdı, ancaq məni mütləq hər hansısa hüquq-mühafizə orqanında görmək istəyirdi, çünki özüm də bunu istəyirdim. Hərbçi ailəsində böyüdüyüm üçün, atamdan nümunə götürərək bu peşəni seçmək istəyirdim”.
Qeyd edək ki, polkovnik İlqar Mirzəyev iyulun 14-ü Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən şiddətli döyüşlər zamanı müdafiənin ön xəttində olarkən qəhrəmancasına şəhid olub. O, iyulun 15-də II Fəxri Xiyabanda dəfn olunub.
Daha çox xəbər:
İş adamı şəhid generalın ailəsinə mənzil hədiyyə etdi
ÖlkəŞəhid polkovnikin oğlu Prezidentin ona zəngindən danışdı — VİDEO
Cəmiyyətİlham Əliyev şəhid general və polkovnikin ailəsinə zəng etdi — FOTO
Siyasətİlham Əliyev şəhid hərbi qulluqçuların ailə üzvlərinə başsağlığı verib
Gündəm, SiyasətPolkovnik də II Fəxri Xiyabanda dəfn olundu - Fotolar
Gündəm, Siyasət