Gündəm, Cəmiyyət
08 iyun 2020
417
Sumqayıtdan şok görüntülər gəldi — Polis hərəkətə keçdi / VİDEO
Sumqayıtda dəfn mərasimi zamanı karantin qaydaları pozulub. Belə ki, sosial mediada yayılan görüntülər zamanı məlum olub ki, mərasimdə 100-dən çox insan iştirak edib.
Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, məsələ ilə bağlı araşdırma aparılır. Baş verənlərəhüquqi qiymət veriləcək.
Qeyd edək ki, bir neçə gün öncə Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib. Polisin araşdırması nəticəsində məlum olub ki, Namiq Rəhimov iyunun 6-da saat 20 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən parkda şəxsi münasibətlər zəminində aralarında mübahisə baş verib. Bu zaman Namiz Rəhimov üzərində gəzdirdiyi bıçaqla Tofiq Qasımovun kürək nahiyəsinə, sonuncunun qardaşı Zöhrabın isə ağ ciyərinə nüfuz edən deşilmiş-kəsilmiş xəsarətlər yetirib. Zöhrab isə öz növbəsində gəzdirdiyi bıçaqla Namiqin ürək nahiyəsinə bir bıçaq zərbəsi endirib.
Tofiq Qasımov və Namiq Rəhimov Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsalar da, həkimlərin səyinə baxmayaraq, sonuncunun həyatını xilas etmək mümkün olmayıb.
İddialara görə, karantin qaydalarının pozulduğu dəfn mərasimi bu hadisə zamanı həyatını itirən şəxslərdən biri üçün təşkil olunub.
Daha çox xəbər:
Daxili İşlər Nazirliyindən vətəndaşlara MÜRACİƏT
SiyasətBakıda polisin başına zibil atanlar saxlanıldı — VİDEO
KriminalTəcili yardım briqadalarının sayı artırırlıb — Müraciətlər çoxalıb
Cəmiyyət34 yaşlı kişi ondan ayrılmaq istəyən arvadını yataqda öldürdü — Gəncədə dəh ...
KriminalGöyçayda zəncirvari qəza — Xəsarət alanlar var - FOTO
Kriminal