Gündəm, Bölgə
30 iyul 2020
1130
Hacıqabul rayonunda abadlıq və quruculuq işləri davam edir
Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov - Sizi dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən səmimi arzu və diləklərimi yetirirəm.
Öz demokratizmi, humanizmi və bəşəri idealları ilə dünya sivilizasiyasının möhtəşəm səhifəsini təşkil edən islam dini xalqımızın dünyagörüşünün formalaşmasında və milli-mədəni inkişafında müstəsna rol oynamış, mütərəqqi islami dəyərlər və ənənələr Azərbaycanda həmişə uca tutulmuşdur.
Qurban bayramı islamın bir din kimi tamamlanması və mənəvi-əxlaqi qurtuluş yolu olaraq insanlara bəxş edilməsi ilə əlamətdardır. Bu mübarək gündə müsəlmanlar ALLAHA yaxınlığın, ilahi dəyərlərə bağlılığın sevinc və fərəhini yaşayır, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirirlər. Hər il ölkəmizdə böyük təntənə ilə keçirilən Qurban mərasimləri cəmiyyətimizdə bərabərlik və dözümlülük ovqatını daha da gücləndirir, milli-mənəvi həmrəyliyin, humanizm və qardaşlığın, xeyirxahlıq və mərhəmət duyğularının parlaq təcəssümünə çevrilir.
Bu günlər xalqımızın və dövlətimizin əmin-amanlığı və rifahı naminə etdiyiniz duaların, kəsdiyiniz qurbanların ALLAH dərgahında qəbul olunması arzusu ilə bir daha hər birinizə, dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımıza səmimi təbriklərimi yetirirəm. Qoy bu nurlu bayram ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət gətirsin.
Hacıqabul rayonunda abadlıq və quruculuq işləri davam edir
Hacıqabul rayonunda iqtisadi inkişaf, insanların həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində əməli işlər davam edir. Ölkə rəhbəri, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yorulmadan həyata keçirdiyi tədbirlər nəticəsində regionlarda o cümlədən Hacıqabul rayonunda da abadlıq-quruculuq işləri uğurla davam edir.
Hacıqabul şəhər daxili yollara asfalt örtüyünün qoyulması işləri davam etdirilir. Ümumilikdə 20181 kv.metr sahəyə asfalt örtüyü vurulmuş, 1420,0 kv.metr uzunluqda səki tikilmişdir. Rayon ərazisində abadlıq və quruculuq işləri günün tələbləri səviyyəsində davam etdirilir.
Hacıqabulda xüsusi karantin rejimi tələblərinin yerində yoxlanılması məqsədi ilə reydlər davam etdirilir
Azərbaycan Respublikası Nazilər Kabineti Yanında Operativ Qərargahın sərtləşdirilmiş karantin rejimi tətbiq edilməyən bölgələrdəki vəziyyətlə bağlı tapşırıqlarına müvafiq olaraq Hacıqabul rayonunda rayon İcra Hakimiyyətinin başçısı R.Xəlilov xüsusi karantin rejimi ilə əlaqədar yaradılmış mobil qrupun üzvləri ilə birlikdə növbəti reyd keçirilmişdir.
Vətəndaşlarla, ictimai iaşə obyektində çalışan şəxslərlə görüşərək maarifləndirici söhbətlər aparıb, onlara xəstəliyin yayılmasının qarşısının alınması üçün tibbi maskalardan istifadə edilməsinə, sosial məsafənin qorunmasına və şəxsi gigiyena qaydalarına düzgün riayət etmələri tövsiyə olunub və karantin qaydalarına əməl etməyənlər barədə ciddi tədbirlər görüldüyü onların nəzərinə çatdırılıb.
Rayon ərazisində Operativ Qərargahın qərar və sərəncamlarına müvafiq olaraq pandemiyaya qarşı mübarizə tədbirləri davam etdirilir.
Daha çox xəbər:
Fuad Hacıyev: Dinamik inkişafın bütün sahələrdə davamlı təmin edilməsi dövl ...
Gündəm, CəmiyyətRafael Mehrəliyevin Qurban bayramı münasibətilə təbriki
Gündəm, CəmiyyətZakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi
Ölkəİlham Əliyev Azərbaycan xalqını təbrik etdi
Gündəm, SiyasətƏhməd Əhmədzadə: Ölkəmiz kənd təsərrüfatının bütün sahələrinin inkişaf etdi ...
Gündəm, Ölkə