Gündəm, Kriminal
09 iyun 2020
366
İcra başçısının oğlu avtosalona hücum etdi – 150 minlik avtomobil qalmaqalı (FOTO/VİDEO)
Masallı Rayonunun İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun oğlu “qoçuları” ilə birlikdə Bakıdakı avtosalonların birinə hücum edib.
Bu barədə bakipost.az-a salonun rəhbərliyi məlumat verib. Salon əməkdaşları ilə rayon rəhbərinin oğlu Şəhriyar Hüseynov arasında mübahisəyə səbəb isə bir müddət əvvəl satışa çıxarılan bahalı “Mercedes” markalı avtomobillə bağlı olub.
Belə ki, ölkədə devalvasiya baş verməmişdən əvvəl icra başçısının oğlu həmin avtomobili salona qoyaraq 90 min manata satmaq istəyib. Amma uzun müddət keçsə də, maşını satmaq mümkün olmayıb.
Daha sonra Şəhriyar Hüseynovun razılığı ilə maşını digər avtomobillə dəyişdirilib. Şəhriyar Hüseynov həmin maşını bir müddət istifadə etdikdən sonra salona qaytarıb. O, salon rəhbərliyindən öz köhnə avtomobilinin pulunun devalvasiyadan əvvəlki məzənnə ilə və dollar ekvivalenti ilə (Təxminən 150 min dollar) istəyib.
Avtosalondan isə bunun mümkün olmayacağı bildirilib. Uzun mübahisədən sonra salon sahibi bir neçə təklif irəli sürüb. Təkliflərdən biri, eyni model yeni avtomobilin alınıb verilməsi olub. Şəhriyar Hüseynov isə salon rəhbərliyinin bu təklifi ilə razılaşmayıb. Və qolu qüvvətli dostlarını da götürüb salona hücum çəkib, pulu zor gücünə almağa çalışıb. Salon rəhbərliyi və Şəhriyar Hüseynov arasında mübahisə yaranıb.
O, məsələni qol gücünə həll edə bilməyəcəyini gördükdə başqa yollara əl atıb. Hüseynov bu məsələ ilə bağlı Xətai rayon Polis İdarəsinə şikayət edib. Amma onun bu cəhdi də uğursuzluqla nəticələnib. Belə ki, polis bölməsində işi aparan Məmmədəli adlı müstəntiq avtomobil mübahisəsinin mülki məsələ olduğunu əsas gətirilərək, şikayətçiyə məhkəməyə müraciət etməsini məsləhət görüblər.
Salon rəhbərliyi saytımıza bilidirib ki, icra hakiminin oğlunun dələduzluğu salondakı kameralara düşüb və istənilən vaxt aidiyyəti qurumlara təqdim edə bilərlər.
Şəhriyar Hüseynovun avtomobilinin salonda çəkilən videosu:
Qeyd edək ki, bəzi digər məmur oğulları kimi Şəhriyar Hüseynov barəsində də tez-tez qalmaqallı faktlar ortaya çıxır. Daxili İşlər Nazirliyinin əməkdaşı olmasına baxmayaraq, o, qanunsuz əməlləri, qeyri-nümunəvi həyat tərzi ilə tez-tez gündəmə gəlir.
Daha çox xəbər: