Gündəm, Ölkə
24 avqust 2020
1119

Şirvan Şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Hikmət Quliyev dövlətimizə və rəhbərliyə sədaqət nümunəsidir!

Şirvan Şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Hikmət Quliyev dövlətimizə və rəhbərliyə sədaqət nümunəsidir!


Şirvan Şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Hikmət Quliyev - Bənd-bənd yazdıqlarım Azərbaycan polisi haqqında çoxlarının son 4 ayda düşüncələrini əks etdirir. Və mən düşündüm ki, polisə olan mənəvi borcumu bu yazıyla ödəyim.

Gəlin, biz də polislərimizi qoruyaq! - Polislərimiz gücləndirlmiş iş rejimində işləyir

Polislərimizin əməyini necə qiymətləndiririk?! Vətəndaşlar koronavirusla mübarizədə görülən işlərdən razıdırlar

Bu günlərdə soyuqda, küləkdə, yağışda küçələrdə növbə çəkən və bizlərin təhlükəsizliyini qoruyan minlərlə polisimizi görürük

Hər gün mətbuatda, televiziya kanallarında koronavirusla müharibədə ön cərgədə, səngərdə dayanan həkimlərimiz və polislərimizlə bağlı neçə-neçə yazıları oxuyur, sujetlərə baxır və qürur duyuruq.

ALLAH Qarabağda erməni ilə üz-üzə dayanan əzgərlərimizi, ölkəmizdə koronavirusla mübarizədə öndə olan həkimlərimizi və polisimizi qorusun! ALLAH xalqımızı və bəşəriyyətimizi bu bəladan qorusun!


Şirvan Şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Hikmət Quliyev - Prezidentimiz cənab İlham Əliyevin şəhid ailələrinə diqqət və qayğısı daimidir. Müharibə şəraiti davam etsə də, Azərbaycan qüdrətli dövlətə çevrilib. Hələ müharibə şəraitində yaşaya-yaşaya Azərbaycanın hərbi büdcəsi işğalçı Ermənistanın dövlət büdcəsindən 4 dəfə artıqdır. Təkcə bu fakt hər şeyi deyir və əlavə statistik məlumatların göstərilməsinə ehtiyac yaranmır.
Prezident şəhid ailələrinə diqqət və qayğısı davamlı xarakter alıb. Müharibə əlilləri, veteranları və şəhid ailələrinin sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin Vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, eyni zamanda, bu insanların mənzil və avtomobillərlə təmin olunması da çox müsbət haldır.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2020-ci il iyulun 21-də Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması bir daha sübut etdi ki, ölkə başçısın diqqət və qayğısı daha da geniş vüsət alır. Prezident İlham Əliyevin əhalinin sosial problemlərinin həllinə xüsusi diqqət və qayğı göstərməsi digər sosial qruplar kimi, əlillərin də həyat şəraitinin yaxşılaşmasına, onların ictimai hüquqlarının bərpa olunmasına şərait yaradıb.
Dövlət siyasətinin mərkəzində vətəndaşlar dayanır. Müqayisə üçün deyə bilərik ki, keçən il şəhid ailələrinə 934 mənzil təqdim edilib. Bu il isə bu rəqəm 1500-ə yüksələrək daha da çox şəhid ailələrini əhatə edib. Bir daha bildirmək istəyirəm ki, şəhid ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən nəzərdə tutulmuş evlərin təqdim edilməsi üçün çox fəal iş aparılır. Bu prosedur dövlət başçısının birbaşa nəzarəti altındadır.
Prezident İlham Əliyev xalqın hər bir nümayəndəsinə diqqət və qayğı göstərir. Azərbaycan xalqı isə hər zaman öz prezidentini dəstəkləyib onun arxasında olduğunu dəfələrlə nümayiş etdirir.


Bu gün respublikamızın bir çox rayon və şəhərlərində DİN nin əməkdaşlarının cəmiyyətin asayişinin mühafizəsində xüsusi yeri və mövqeyi var. Vilayət Eyvazov cənablarının düzgün kadr secimi, ləyaqətli, vicdanlı və cinayətkarlıqla barışmaz mövqeyi ilə seçilən həqiqi Azərbaycan vətəndaşlarını polis sıralarına qəbul edərək onlra etimad göstərib vəzifə verməsi qeyd etdiklərimizin bariz nümunəsidir. Bu il bir çox rayon polis şöbələrində rəis dəyişiklikləri də cənab nazirin düzgün kadr siyasətindən xəbər verir.

Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Şirvan Şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Hikmət Quliyevdir.

Şirvan Şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Hikmət Quliyevin adı, Şirvan ictimaiyyətinə bəlli bir addır. Xoşbəxt o şəxsdir ki, onu geniş ictimai auditoriya daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlmək bacarığına, xeyirxah əməllərinə, ziyalılığına, və.s-yə görə tanıyıb hüsnü-rəğbət bəsləsiyirlər..

Şirvan Şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Hikmət Quliyev vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və Azərbaycan Respublikasının daxili işlər naziri, polis general-polkovniki cənab Vilayət Eyvazovun etimadını yüksək səviyyədə doğrulda bilən insandır.

Hər bir sahədə çalışanların fəaliyyətinə münasibətdə Şirvan Şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Hikmət Quliyev yalnız qanuna, ədalətə və şəffaflığa əsaslanır. Tam məsuliyyətimizlə deyirik ki, Şirvanda kiminsə haqqına toxunmaq kiminsə düşüncəsində belə özünə yer tapa bilməz. Bunun nəticəsidir ki, uzun illər durğun vəziyyətdə olan Şirvan da yeni inkişaf dövrünü yaşayır. Rayon sakinləri problemlərinin həllində həmişə dəstək görürlər.

Hikmət Quliyev böyük müəllimi və idealı olan Azərbaycan Respublikasının daxili işlər naziri, polis general-polkovniki cənab Vilayət Eyvazov kimi Ulu Öndər Heydər Əliyevə dəyər verməkdən zövq alır!

Hikmət Quliyev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Hikmət Quliyev ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Azərbaycan Respublikasının daxili işlər naziri Cənab Vilayət Eyvazovdan nümunə götürən Hikmət Quliyevin böyüklüyü onun sadəliyində, Prezident İlham Əliyev siyasətinə və insanlara insani münasibətindədi!

Hikmət Quliyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Hikmət Quliyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Şirvan rayon Polis Şöbəsinin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün postlarda Hikmət Quliyev özünü doğruldub. Bizdə hörmətli Hikmət Quliyevi Cənab nazir Vilayət Eyvazovun rəhbərliyi altında dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar diləyirik.