Gündəm, Ölkə
01 sentyabr 2020
348
Rəşid Yusifov ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycanın siyasi kursunu və iqtisadi strategiyasını dəstəkləyir, işlədiyi kollektivdə təbliğ edir
Son illər rayonda həyata keçirilmiş işlər həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinə görə miqyaslı, konkret və ünvanlıdır. Maliyyə Nazirliyinin Gəncə Şəhəri üzrə Maliyyə İdarəsinin rəisi Rəşid Yusifov üzərinə düşən məsuliyyəti düzgün qiymətləndirməklə, öz fəaliyyətini dövlət başçısının yeritdiyi çevik və səmərəli inkişaf strategiyasının mahiyyətinə uyğun qurmağa, idarəetmədə mütərəqqi prinsipləri tətbiq etməyə, qarşıda duran vəzifələri dəqiq müəyyənləşdirməklə vaxtında və düzgün icrasına nail olmağa çalışır.
Gəncə Şəhərinin qazandığı uğurların xülasəsini qısaca aşağıdakı kimi səciyyələndirmək mümkündür: Rəhbərliyin tapşırıq və tövsiyələri dönmədən həyata keçirilir, abadlıq-quruculuq işlərinin miqyası daha da genişlənir, çoxşaxəli istehsal sahələri yaradılır, sosial problemlərin həlli istiqamətində arzulanan nəticələr əsasən əldə edilir, əhali ilə qarşılıqlı əlaqənin möhkəmləndirilməsi və onların qayğılarının öyrənilməsi istiqamətində əməli və təsirli tədbirlər həyata keçirilir.
Bütün bunlar Gəncə Şəhərinin Azərbaycanın tərəqqisini özündə aydın əks etdirən əsas ünvanlardan birinə çevrildiyini, qarşıdakı dövr ərzində isə rayonda inkişaf dinamikasının daha böyük vüsət alacağını qətiyyətlə söyləməyə əsas verir.
Maliyyə Nazirliyinin Gəncə Şəhəri üzrə Maliyyə İdarəsinin rəisi Rəşid Yusifov - “Koronavirusa qarşı mübarizə işində müsbət dinamika müşahidə olunur. İyulun 16-dan bu günə qədər bu müsbət dinamika deməyə əsas verir ki, görülmüş bütün tədbirlər vaxtında görülmüş tədbirlərdir. Bu tədbirlər nəticəsində vəziyyət bu günə qədər nəzarət altındadır. İyulun 16-dan bu günə qədər yoluxanların sayı sağalanların sayından xeyli aşağıdır. Bu müsbət dinamika deməyə əsas verir ki, biz koronavirus xəstəliyini bundan sonra da nəzarət altında saxlayacağıq”. Azərbaycan Prezidenti İlham Əliyev bu fikirləri koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirədə çıxışı zamanı deyib. Bildirib ki, bu gün 46 xəstəxana ancaq koronavirus xəstələrinə xidmət göstərir. Onu da bildirməliyəm ki, bu 46 xəstəxananın 41-i son 17 il ərzində tikilib və ya əsaslı şəkildə təmir edilib, müasir avadanlıqlarla təchiz olunub.
“Əgər biz vaxtında bu addımları atmasaydıq, bu gün çox böyük problemlərlə, faciəvi vəziyyətlə üz-üzə qala bilərdik”
Budur, əsl iyasət. Əsl siyasət konkret real iş görməkdən ibarətdir. “Əsl siyasət konkret, real iş görməkdən ibarətdir» deyən dövlət başçısı son 17 il prezidentlik fəaliyyəti illərində qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar Cənab Prezidentin daim xalqın mənafeyindən çıxış etdiyini, habelə, verdiyi vədlərin sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini, gerçəkliyə adekvat olduğunu göstərmişdir. Məhz bu illər ərzində, insanların həyat səviyyəsinin yaxşılaşdırılması ilə yanaşı, Azərbaycanın, o cümlədən regionlarımızın siması yeniləşməkdədir. Dəyişən təkcə Azərbaycanın gözlə görünən reallıqları deyil, eyni zamanda, insanların düşüncələri də dəyişib. Çünki bugünkü Azərbaycan vətəndaşı həyata başqa nəzərlərlə baxır, özünə və ölkəsinin bundan da daha böyük uğurlar əldə edəcəyinə inanır. Hər bir Azərbaycan vətəndaşı bu inamla hər il daha böyük uğurların nəticələrini gördükcə, sabaha daha böyük bağlılıqla inanır.
Çünki ölkə Prezidenti İlham Əliyev hakimiyyətdə olduğu son 17 il müddətində daima xalqla birbaşa təmasda olub. İstər xarici siyasətlə bağlı fəaliyyətdə, istərsə də daxili idarəetmədə Prezident İlham Əliyev sadə vətəndaşlara söykənir: «Mən bütün azərbaycanlıların prezidentiyəm» şüarını gerçəyə çevirir.
Bütün bunlar, bir daha sübut edir ki, Azərbaycan dövləti və Prezidenti daim xalqının yanındadır və keçirilən müşavirələrdə də məmurları xalqla bir olmağa, xalqın dərd-səri ilə şərik olmağı, məmurların da bu tələbə tam işləri ilə cavab vermələrini tələb edir. Çünki Prezident İlham Əliyevin 17 illik Prezidentlik fəaliyyətində həyata keçirdiyi sosial-iqtisadi və siyasi islahatlar müasir Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirib, regional gücünü və qlobal əhəmiyyətini kifayət qədər artırmış olub. Bu isə…
Xalq-hakimiyyət birliyinin uğurlu nəticəsi…
Çünki istənilən dövlətdə siyasi sabitliyi və təhlükəsizlik mühitini şərtləndirən həlledici amil Xalq-İqtidar birliyidir. Bu birlik təsadüfən, öz-özünə formalaşmır. Onun üçün əsas şərt xalqını arxasınca aparmağı bacaran güclü və xarizmalı lider amilinin olmasıdır. Elə bir lider ki, müstəqil siyasət aparmaq iqtidarında olsun. Elə bir lider ki, xalqı və dövlətinin milli maraqlarını bütün mənafelərin fövqünə yüksəltsin. Və öz əməlləri ilə xalqı və dövlətinin sonsuz sevgisini qazanmış lider,
qürurla deyərdim ki, möhtərəm Prezidentimiz İlham Əliyev xoşbəxt Azərbaycan xalqının dövlət rəhbəridir. Çünki Prezident İlham Əliyev müasir Azərbaycan dövlətçiliyinin banisi Ulu Öndər Heydər Əliyev müəyyən etdiyi siyasi kursa sadiqdir və son 17 il ərzində dünya səviyyəsində inkişaf etmiş ölkələr sırasına çıxarmışdır. Azərbaycanın imzası imzalar içərisində, səsi isə dünya meridianlarında daha ucadan eşidilməkdədir. Bu gün bütün dünyanı lərzəyə gətirən COVİD-19 pandemiyası ilə qlobal mübarizədə Azərbaycan Ümumdünya Səhiyyə Təşkılatının rəhbərliyi səviyyəsində nümunəvi dövlətlər sırasında qeyd edilməsi bu reallığı təsdiqləyən faktordur. Məhz dövlət başçımızın avqustun 6-da Azərbaycanda koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirədə çıxışı zamanı da görülən işlərdən, ən əsas isə insanların sağlamlığının və təhlükəsizliyinin dövlətin əsas prioritet olduğunu bildirmişdir. Dövlət başçısı bildirmişdir ki, məhz vaxtında atılan uğurlu və düşünülmüş siyasətin nəticəsidir ki, Azrbacan nümunəvi ölkə kimi dəyərlədirilib. Pandemiya zamanı Prezidentin keçirdiyi müşavirələr, vətəndaşlara ayrılan sosial yardım, vergi güzəştləri, sahibkarlara dəstək, sosial həssas qruplara dəstək və atılan digər addımlar da Azərbaycan nümunəsinin başlıca göstəricisidir. Bütün bunlar isə “Xalq-İqtidar” – “Biz birlikdə güclüyük!” şüarlarının sözdə yox, əməldə görülən işlərin nəticəsidir.
Xüsusi karantin rejimi dövründə həyata keçirilmiş «Biz birlikdə güclüyük!» adlı sosial aksiya sayəsində aztəminatlı ailələrə 100 mindən çox ərzaq paketi paylandı. Aksiyada iştirak edənlərin sayı hər gün artır, həm dövlət, həm də özəl şirkətlər bu təşəbbüsə qoşulur. Həmçinin, Azərbaycanın nümunəvi ölkə kimi qəbul edilməsi də, məhz dövlət başçımızın düşünülmüş siyasətinin reallıqlarıdır. Eyni zamanda, Azərbaycan pandemiya dövründə beynəlxalq təşəbbüslərdən də bir addım geri çəkilmir. Dövlət başçımızın təşəbbüsü ilə aprelin 10-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının təcili Zirvə toplantısının keçirilməsi, mayın 4-də isə Prezident İlham Əliyevin təşəbbüsü ilə “Biz COVID-19-nin əleyhinəyik” mövzusunda Qoşulmama Hərəkatının video konfransların keçirilməsi Azərbaycanın nümunəvi ölkə olduğunun göstəricisidir. Ən başlıca amil isə, cəmiyyətin Prezident ətrafında birləşməsi və ölkə rəhbərini dəstəkləməsi pandemiya üzərində qələbənin təmin edilməsinin reallığıdır. Bir sözlə, “Biz birlikdə güclüyük!” şüarı ilə pandemiyaya qarşı savaşan Azərbaycan görünməmiş nümunə yarada bilib. Bu nümunəni dövlət başçısının vətəndaşlarına həmişə olduğu kimi, bu gün də pandemiya dövründə göstərdiyi qayğı və diqqəti göz önündədir.
“Heç bir sosial layihə ixtisar edilməyib”
“Baxmayaraq ki, həm pandemiya, həm də neftin qiymətinin aşağı səviyyədə olması bizim gəlirlərimizə çox mənfi təsir göstərib, ancaq nəzərdə tutulmuş bir dənə də olsun sosial layihə yarımçıq qalmayıb, yaxud da ixtisar edilməyib”. Bu sözləri Prezident İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirədə deyib.
Bildirib ki, bu il rekord sayda məcburi köçkün ailəsi evlərlə, mənzillərlə təmin olunacaq. Bu il bu imkandan 7 mindən çox köçkün ailəsi faydalanacaq: “Bu il rekord sayda - 1500 şəhid ailəsi, Qarabağ müharibəsi əlili mənzillərlə təmin ediləcəkdir. Ordu sıralarında qüsursuz xidmət etmiş 400-dən çox hərbçi dövlət tərəfindən pulsuz mənzillərlə təmin olunacaq. Yəni, bütövlükdə ən azı 9 minə yaxın ailə bu il dövlət tərəfindən mənzillərlə təmin ediləcəkdir. Bütün bu mənzillər keyfiyyətli mənzillərdir, demək olar ki, onların hamısı yeni tikilmiş binalarda yerləşir. Beləliklə, əgər biz bir ailənin üzvlərini orta hesabla beş nəfər götürsək, deməli, bir il ərzində ölkəmizdə 45 min insan dövlət tərəfindən pulsuz, keyfiyyətli mənzillərlə təmin edilir. Mən tam əminliklə deyə bilərəm ki, adambaşına düşən saya görə bu, dünyada ən yüksək nailiyyətdir”.
Həmçinin, ölkəmizdə iqtisadi və sosial məsələlər də öz həllini tapır. Bu dövrdə 5 milyona yaxın insan geniş sosial paketlə əhatə edildi. Dövlət sektorunda çalışan 900 min insanın böyük əksəriyyəti faktiki olaraq işləməsə də, dövlət tərəfindən əməkhaqqı alır. 760 min sahibkara lazımi maliyyə dəstəyi göstərildi və onların iş yerləri qorundu. Bundan əlavə, 600 min işsiz insan, o cümlədən qeyri-formal məşğulluqda fəaliyyət göstərən və müvəqqəti olaraq öz işini itirən, aztəminatlı təbəqəyə aid olan insan dövlət tərəfindən qayğı ilə əhatə olunub. Onlara 190 manat həcmində müavinətin verilməsi buna sübutdur. Bu yardım davam etdirilməkdədir. Göründüyüu kimi…
Əsl siyasət konkret, real iş görməkdən ibarətdir
Əsl siyasət konkret, real iş görməkdən ibarətdir. Bu yerdə Prezident İlham Əliyevin 2003-cü ildə keçirilən andiçmə mərasimində söylədiyi bu fikirləri bir daha yada salmaq istərdim: “Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən, mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”.
Məhz xalqımız öz lideri ilə fəxr edir və Ona arxalandığı üçün öz Prezidenti ətrafında daha da sıx birləşərək, ölkənin inkişafı və tərəqqisinə doğru inamla irəliləyir. Və ölkə Prezidenti İlham Əliyev Cənablarının dediyi kimi: “Hər bir vətənpərvər insan öz ölkəsi ilə, bugünkü Azərbaycan ilə haqlı olaraq fəxr edə bilər”.
Daha çox xəbər:
İlham Əliyev: “Beş milyona yaxın insan geniş sosial paketlə əhatə olunub”
SiyasətÜlvi Quliyev: Müstəqil Azərbaycanın müstəqil LİDERİ
Gündəm, SiyasətFəxrəddin Muradov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır
Gündəm, CəmiyyətŞər və Böhtan yazanlara tutarlı cavab - Adil Məmmədov - ÖZƏL
Gündəm, Bölgə“Vaxtında bu addımları atmasaydıq, faciəvi vəziyyətlə üz-üzə qala bilərdik”
Gündəm, Siyasət