Gündəm, Ölkə
07 sentyabr 2020
456

Vaqif Məhərrəm oğlu Qələndərov - Şərəfli iş və Şərəfli həyat yolu - ÖZƏL

Vaqif Məhərrəm oğlu Qələndərov - Şərəfli iş və Şərəfli həyat yolu - ÖZƏL



Sağlamlıq dünyanın heç bir var-dӧvlətiylə əldə edilə bilmir. Amma həkimlərimiz sağlamlığımızın keşiyində duran çox müqəddəs bir peşənin sahibidirlər. Bu müqəddəs peşəni hər kəsin mənimsədiyi kimi həyata keçirdiyini bilirik. Kimisi, sadəcə həkiməm deməklə, kimisi isə vicdanını ortaya qoyaraq bu peşənin arxasınca getməkdədir.

Bu yazımda sadəcə ikincilərdən sӧhbət açmaq istəyirəm. Peşəsinə qazanc mənbəyi olaraq baxmayan sӧzün həqiqi mənasında Hippokrat andına sadiq qalan loğmanlarımızdan yazmaq istəyirəm. Əməkhaqları nə qədər az olsa da, pul qazanmaq naminə xəstələrinə “FİRMA” dərmanları yazmayan, gӧzləri xəstələrin cibində olmayan, həkimlərimizdən yazmaq istəyirəm. Yanına gələn xəstənin geydiyi paltarların markasına gӧrə fərq qoymayan həkimlərdən yazmaq istəyirəm. Bir sӧzlə, xəstəsinə doğması kimi yanaşan həkimlərdən yazmaq istəyirəm.

Bu cümlələri oxuyub, ironiya ilə gülümsəyənlərin olacağını da bilirəm. Onların bəs o zaman bu qədər uşaq, ana olümləri, xəstələrimizin İrana, Türkiyəyə və digər xarici ӧlkələrə axın etməsinin səbəbi nədir deyə sual edəcəklərini də bilirəm. Onlar da haqlıdırlar. Bütün bunların olduğunu kimsə inkar edə bilməz. Nə yazıq ki, vicdanını tərəziyə qoyan həkimciklər də var. Məhz belə həkimciklərin yarıtmaz fəaliyyətləri üzündəndir ki, vətəndaşlarımızın arasında Azərbaycan səhiyyəsinə olan inam hissi azalıb.

Ancaq, bu, heç də o demək deyil ki, Azərbaycanımızda olan həkim ordusu savadsızlardan ibarətdir. Əsla belə deyil. Axı həqiqətən də Azərbaycanda kifayət qədər savadlı, vicdanlı, qayğıkeş, gülərüz həkimlərimiz çoxdur. Belə həkimlərin arasında yaşlı nəsillə yanaşı, gənc nəslin nümayəndələrinin də çoxluq təşkil etməsi vətəndaşlarımızın gələcəyə olan ümidini artırır. bəzi saytlar var ki, pul xətrinə yalandan savadı olmayan həkimləri reklam edir. Bu bağışlanmazdır. Xəstələri üçün həyacan dolu anlar yaşayan əsil həkimlərimizdən bir neçəsinin adını çəkməklə elə bilirəm ki, az da olsa, onların əməklərinə dəyər vermiş olaram. Belə həkimlərin arasında xüsusən Vaqif Məhərrəm oğlu Qələndərovun adlarını xüsusi qeyd etmək yerinə düşər. Çünki Vaqif Məhərrəm oğlu Qələndərov “Firma” dərmanlarına satan, insan taleyi ilə oynayan həkimciklərdən fərqli olaraq, ӧz peşəkarlığı, xəstələrə yanaşma tərzi ilə həqiqətən də yer üzündə ALLAHın “şəfaverici əli” olduğunu təsdiqləyən insanlardır.

Vaqif Məhərrəm oğlu Qələndərov - Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan hökuməti koronavirus infeksiyasının yayılmasının qarşısını almaq, onun iqtisadiyyata və insanların sosial vəziyyətinə vurduğu zərəri qarşılamaq üçün vaxtında və uğurlu tədbirlər hazırlayaraq həyata keçirdi.

Bu tədbirlərdən bir istiqaməti sərt karantin rejiminin tətbiqi oldusa, digər istiqamətləri vətəndaşlara vaxtında tibbi-sosial qayğının təmin olunması, iqtisadiyyatın zərərçəkən sahələrinin dəstəklənməsidir.

Fevralın sonlarından etibarən karantin tədbirləri başlandı, martın ortalarında isə bir sıra istiqamətlərdə fəaliyyətlər dayandırıldı. Koronavirusa yoluxanların vaxtında aşkarlanması üçün təcili tədbirlər həyata keçirildi, yoluxma hallarının müşahidə olunduğu ölkələrdən gələnlər karantinə alındı.

Vaxtında həyata keçirilən tədbirlər nəticəsində bu gün Azərbaycanda koronavirusa yoluxma, ondan ölüm halları dünya üzrə orta göstəricidən xeyli aşağıdır.

Bütün bunlar Azərbaycana imkan verəcək ki, pandemiyadan sonrakı bərpa və inkişaf templərini daha qısa müddətdə təmin edə bilsin.

Koronavirus pandemiyası ilə mübarizənin bir nömrəli qəhrəmanları sözsüz ki, həkimlər, tibbi personaldır. Belə durumda onların işinin nə qədər ağır olduğunu təxmin etmək elə də çətin deyil.
Bunu anlamaq üçün təkcə günümüzün qəhrəmanlarının 12 saat fasiləsiz skafandır geyimində çalışdığını düşünmək kifayət edər.

Azərbaycan dövləti koronavirusla mübarizədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təlimatlarını nəzərə almaqla çox ciddi tədbirlər həyata keçirir. Ölkə vətəndaşlarının qorunması, onların sağlamlıqlarının müdafiəsi əsas vəzifəyə çevrilib. Belə gərgin günlərdə tibb işçilərinin üzərinə böyük məsuliyyət düşür.

Onları bugünlərin qəhrəmanı da adlandırmaq olar. Çünki tibb işçiləri insanların sağlamlığını, həyatını təhdid edən koronavirusa qarşı mübarizədə fədakarlıq göstərirlər. Onlar öz peşələri gərəyincə həyatlarını riskə ataraq, ilk növbədə, şübhəli şəxsləri müayinə edir, onları təcrid olunan ərazilərə aparır, infeksiyaya yoluxan şəxslərin birbaşa müalicəsi ilə məşğul olurlar.


Vaqif Məhərrəm oğlu Qələndərov — Tibb uzrə elmler doktoru, professor, Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının tibb və əczaçılıq elmləri üzrə Ekspert Şurasının müavini, Azərbaycan Plastik Cərrahlar Assosiasiyasının sədri, Beynəlxalq Plastik Cərrahiyyə Assosiasiyasının idarə heyətinin həqiqi üzvü, plastik və rekonstruktiv cərrah

2000-ci ilde məzun olaraq Plastik və Rekonstruktiv cerrrahiyye Uzmanı ünvanı almışdır.
2003-cu ildə «İnternal mammariyan arteryaya dayalı yeni ada flebi »adlı yeni cərrahiyyə metodu adlı disertassiya müdafiyə edərək Plastik və Rekonstruktiv cərrahiyyə üzrə fəlsəfə doktoru alimlik dərəcəsi ünvanı almışdır. 11.02.2004 ildə Azərbaycan Milli Akademiyasının konfrans zalında ,Tibb Universitetinin,Səhiyye Nazirliyinin və Akademiyanın Biologiya-tibb elmləri bolməsinin birlikdə iştirakı ilə keçirilen elmi seminarda “Plastik və Rekonstruktiv mikrocərrahiyyədə elmi yeniliklər və yeni cərrahiyyə üsulları” adlı məruzələri dinlənildi.Akademyanın Reyaset Heyyetinin No:p-15 qərarı ilə Azərbaycan Atestasiya Komissiyasına ona professor elmi adının verilməsi tovsiyyə olundu.
Vaqif Qələndər 2001-2007 –ci illerde Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin Mərkəzi kliniki xəstəxanasinda və Respublika Kliniki xəstəxanasında plastik və rekonnstruktiv cərrah isləmisdir. 2007-cı ilden «Qələndər Plastik və Rekonstrutiv cərrahiyyə»klinikasının rəhbəri işləyir. 2001-ci ilden Azərbaycan Dövlət Tibb Universitetinin 1-ci Cerrahi xestelikler kafedrasinin ve Agiz ve Uz-cene cerrahiyyesi kafedralarinin muellimi ve dosenti vezifəsində çalışmışdır . Hal hazırda Azərbaycan Dövlet Tibb Universitetinin və Azərbaycan Həkimləri Təkmilləşdirmə Üniversitetinin plastik və rekonstruktiv cərrahiyyə ixtisası üzrə rezidentlərinin hazırlanmasının kuratorudur,professor vəzifəsində çalışır.
Azərbaycan Dövlət Tibb Universitetində «Yumşaq toxumaların böyük defektlərinin rekonstruksiyasının yaxşılaşdirılmasi yolları»adlı disertasyasını yekunlasdırmış və Ali Atestasiya Komisyasi tərəfindən 12.07.2017 ci ilde tibb uzrə Elmlər Doktoru elmi dərəcəsi verilmişdir. Plastik və Rekonstruktiv cərrahiyyə ixtisası uzrə tələbələrin və rezidentlərin hazırlanması üçün universitetimizdə ilk dərslik və dərs vəsaitinin müəllifidir.
ABŞ-da nüfuzlu Florida universitetində Rui Fernandesin muəllifi olduğu “Local and Regional Flaps in Head & Neck Reconstruction” A Practical Approach dərsliyinin 20 ci fəslində “ Daxili döş arteriyası cərrahiyyəsi:yeni flebin təsviri”adlı bərpa üsulu rezidentlərin və bu sahənin mutəxsisləri üçün “Vaqif
Qelender” metodikası kimi tedris olunur. Altı yeni cərrahiyyə metodu,78–elmi əsəri xarici ölkə jurnallarında və konfranslarında nəşr olunmuşdur. 2 dəfə dirsəkdən qopmuş qolun 6 -saat və 8-saatdan sonra təkrar yerinə replantasyası(bərpa olunması)əməliyyatını müvəfəqiyyətlə həyata kecirmişdir. 32-dən çox xarici ölkə elmi konfranslarında məruzəçi olarag iştirak etmişdir. Ölkəmizde keçirilən bir çox Beynelxalq form və konfransların istirakçisi və məruzəçisi olmuşdur.
Ölkəmizdə 3 dəfə beynəlxalq Plastik və Rekonstruktiv cərrahiyyə konfranslarının bilavasitə təşəbbüskarı və təşkilatcisi olmuşdur. Azərbaycan Plastik Cərrahiyyə İctimai Birliyinin qurucusu və sədridir.(PCİB) Beynəlxalq Plastik və Rekonstruktiv Cərrahiyyə konfedrasyasının idarə heyyətinin üzvü və milli numayəndəsidir.(İPRAS) Beynəlxalq Plastik və Estetik Cərrahiyyə Assosasiyasının milli katibidir.(ISAPS) Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının tibb və əczaçılıq elmləri üzrə Ekspert Şurasının sedr müavini Vaqif Qələndər 1990-cı ilin yay günlərindən birində Türkiyənin televiziya kanalları, nüfuzlu qəzetləri belə bir sensasiyalı xəbər yaydılar:

Vaqif Qələndər indi İPRAS İnternational Plastik-Reconstruktiv Suergary Sosiety) kimi mötəbər beynəlxalq təşkilatda ən yüksək səviyyədə təmsil olunmaqdadır. O həmin təşkilatın İdarə Heyətinin üzvüdür.