Gündəm, Cəmiyyət
03 iyun 2020
1083
“Tək bildiyimiz odur ki, bu virus var və təhlükəlidir” – Koronavaksin çıxılmazı
COVID-19 ilə bağlı ziddiyyətli fikirlər səngimir, ekspertlər də yetərli məlumata məlik deyillər
Koronavirus həyatımıza daxil olduğu gündən bu yana hər gün qulağımız yeni bir söz, xəbər eşidir. Bu qədər cəmiyyətlərdə virusun qeybəti qırılsa da, bəzən elmi fikirdən uzaq şayiələrə, qeyri-ciddi mülahizələrə şahidlik edirik. Elm də zarafatyana fərziyyələrə hakim kəsilib. Fakt odur ki, dünyanın çox ölkəsini sosial-iqtisadi cəhətdən yanıüstə qoyan COVID-19 ilə tanışlığımız hələ də davam edir.
Hazırda virusla bağlı səslənən əsas fikirlər vaksinin tapılması məsələsini də arxa planda qoyub. Bu xəstəliyin müalicəsi prosesində istifadə olunan dərmanlar və yeni koronavirusun genetika fərqini “nəzərə almasıdır”. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dərmanlarla davranış açıqlamalarına əməl edən də var, məhəl qoymayan da. Ən son olaraq, təşkilat ABŞ Prezidenti Donald Trampın təbliğ etdiyi “Hydroxychloroquine” (malyariya xəstəliyini müalicə edən) adlı dərman preparatının istifadəsini qadağan etdi.
Həkim-pediatr Vaqif Qarayev AYNA ilə söhbətində koronavirusla bağlı saysız fikirlər, versiyalar səsləndiyini deyib: “Əvvəllər hamımızın, daha çox biz pediatrların sevindiyi bir xəbər vardı: “uşaqlar virusa yoluxmurlar”. Amma pandemiyanın gedişatında məlum oldu ki, uşaqlar arasında da yoluxma halları olur, hətta dünyada vəziyyəti pisləşən və ölüm həddinə çatan azyaşlılar da qeydə alınıb. Ardınca yaş qrupu üzrə yayılan məlumatlarda “gənclər arasında xəstəlikdən ölüm halı baş vermir” söhbəti çıxdı. Halbuki, ötən zaman müddətində dünyada yaşlı insanlarla yanaşı, gənclər də virusun qurbanı olaraq həyatını itirdilər”.
“Elə bu günün özündə təhlükəsizlik tədbirlərindən danışanda, hələ də maskadan istifadə mübahisə mövzusu olaraq qalır. Amma maskadan istifadə lazımdır, çünki bunu etməklə heç nə itirmirik. Düşünürəm ki, insanlar arasında çaşbaşlıq yaradan bu mübahisələrin, bir-birini təkzib edən fikirlərin sonu olmayacaq da. Çünki COVID-19 haqqında biliklərimiz azdır. Amma koronavirusla mübarizə və müalicə xəstəxanalarındakı həkimlərin şahidi olduğu mənzərələri eşidəndə, qulaq asanda virusla mübarizənin vacib olduğunu bir daha anlayırıq”, – həmsöhbətimiz bildirib.
Ekspertin sözlərinə görə, ÜST-nin son təlimatında, COVID-19 xəstələrinin müalicəsində “Hydroxychloroquine” dərmanından istifadənin əks təsirlər verdiyi səbəbindən dayandırılması tövsiyə edilir: “Artıq Fransa, Gürcüstan kimi ölkələr bu göstərişə əməl edib. Yenə də bəzi ölkələr tövsiyəyə cavab vermir. Bu da mübahisələrə yol açıb”.
Genetika məsələsinə gəlincə, həkim əlavə edib ki, az əvvəl gürcü, ardınca rusiyalı mütəxəssislərdən məntiqsiz fikirlər səslənirdi: “Guya, qafqazlıların genetikası virusa yoluxma sayında da özünü göstərib. Başqa sözlə, bu bölgə insanına virusun böyük təsiri ola bilməz. Yaxud ruslar da özlərini müdafiə edirdilər ki, asiyalı və qafqazlıların pandemiya böhranı daha böyük olacaq, rus geni daha güclüdür. Əlbəttə ki, bu fikirlərin irəliləyən zamanda təsdiqini görmədik, haqqında dəqiq məlumat olmayan virus barədə fərziyyələrin də çox olmasını normal qəbul etmək lazımdır”.
“Bütün hallarda karantindən çıxan insanlar maskadan istifadə, xəstəliyə inanmaq, sosial məsafəni qorumaq kimi məsələlərin hələ də qüvvədə olduğunu bilməlidirlər. Çünki koronavirusun insan sağlamlığına ciddi təsir etmədiyini deyənlər, təəssüf ki, yenə də var”, – V.Qarayev vurğulayıb.
Almaniyada yaşayan və fəaliyyət göstərən həkim-radioloq Fərid Əhmədli AYNA-ya açıqlamasında deyib ki, ÜST-nin məlum dərmanla bağlı tövsiyəsinə Almaniyada əməl edilir: “Dərman artıq müalicə kursundan çıxarılıb, xəstəliklə bağlı dəqiq məlumatlar olmadığından yeni metodlar tətbiq edilir. “Hydroxychloroquine” xəstələrdə əks təsirlər yaradır, xüsusən qaraciyərdə yaratdığı fəsadlar virusdan qurtuluqdan sonra xəstənin sonrakı zamanda həyatı üçün təhlükə yarada bilər”.
Virusun insan genetikasına görə təsiri məsələsinə şərh verən həkim bildirib ki, COVID-19-un genetik mənsubiyyəti öyrənilmədiyindən fikirlər də müxəlifdir: “Misal üçün, “qaradərili genotipə virusin təsiri yoxdur” deyirdilər. Ola bilər ki, Afrika ölkələrində tibb o qədər inkişaf etməyib, testlər edilmir deyə, yoluxma sayı az görünür. Yaxud deyilir ki, “az sayda yoluxma olduğu deyilən ölkələr real rəqəmləri gizlədir”. Bu səbəbdən genotip fərqinə görə yoluxma məsələsi rəsmi və elmi təsdiqini tapmadığından dəqiq nə isə demək mümkün deyil”.
Vaksin məsələsinə diqqən çəkən F.Əhmədli hesab edir ki, cari il ərzində onun tapılması mümkün deyil: “Hələlik, təcrübəmizdə xəstələrlə işlədiyimiz müddətdə bu qənaətimizi deməliyik ki, immun sistemi güclü olan insanlar bir çox xəstəlik kimi, koronavirusa qa qalib gələ bilirlər. Yoluxma olsa belə, qurtulma şansı çox böyükdür. Tək bildiyimiz odur ki, bu virus var və təhlükəlidir. Almaniyanın da bir çox ölkələr kimi pandemiya ilə mübarizəsi öz bəhrəsini verir. Artıq yoluxma və ölüm halları gedikcə azalır”. /Raminə Eyvazqızı/
Daha çox xəbər:
“Jurnalistlər binasından evlər bu şəkildə verilə bilər” – Qaydalar TƏKLİF O ...
Gündəm, CəmiyyətAzərbaycanda koronavirus təhlükəsi: Pik hədd yaxınlaşır, reanimasiyalar dol ...
Gündəm, CəmiyyətMehmanın vəziyyəti ilə bağlı SON XƏBƏR
Şou biznesİtaliyada koronavirusdan ən az ölüm halı qeydə alınıb
DünyaHəmid Həsənov: Dünyada koronavirusa qarşı mübarizədə Azərbaycanın adı birin ...
Gündəm, Cəmiyyət