Gündəm, Siyasət
15 iyun 2020
464

Bu gün Milli Qurtuluş Günüdür — Xalq artistlərinin yaddaşında qalan HEYDƏR ƏLİYEV

Bu gün Milli Qurtuluş Günüdür — Xalq artistlərinin yaddaşında qalan HEYDƏR ƏLİYEV


1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu və inkişafın təməlini qoydu.
Bu şanlı tarix səhifəsini yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan bir insan – Heydər Əliyevdir. Heydər Əliyev yalnız Azərbaycan Respublikasının Prezidenti deyil, ən çətin dövrlərdən birində vətəninin xilasına gəlmiş, ölkəni dirçəliş və tərəqqiyə, çiçəklənməyə aparan Azərbaycan xalqının ümummilli lideridir. Heydər Əliyevin təkcə Azərbaycanın siyasi, iqtisadi həyatında deyil, həmçinin incəsənət tarixində də misilsiz töhfələri olub. Bəs, dünya miqyaslı siyasətçi, böyük insan incəsənət nümayəndələrinin yaddaşında necə qalıb?

İlk Xalq artisti Mənsum İbrahimovun fikirlərini öyrənməyə çalışdıq. Sənətçi əməkdaşımızla söhbətində Ulu Öndəri Azərbaycan xalqının xilaskarı adlandırıb.

Bu gün Milli Qurtuluş Günüdür — Xalq artistlərinin yaddaşında qalan HEYDƏR ƏLİYEV


“Ulu öndər Heydər Əliyev bizim xilaskarımızdır. Azərbaycanın hazırkı inkişafında Ulu öndərin müstəsna rolu var. Çünki, bu dövlətin təməlini Heydər Əliyev qoyub. Mən çox xoşbəxtəm ki, mənə də onunla bir neçə dəfə görüşmək nəsib olub. Hətta bir dəfə onunla bir yerdə xarici səfərdə də olmuşam. O, sənət insanlarının heç birini diqqətdən kənarda qoymurdu. Hər dəfə dövlət tədbirləri olanda Ulu Öndər mütləq konsertdən sonra səhnə arxasına gəlib, bütün incəsənət insanları ilə görüşərdi. Hər birimizi diqqətlə dinləyib, dəyərli məsləhətlərini bizdən əsirgəməzdi. Ona görə, mən çox xoşbəxtəm ki, Ulu Öndərlə təmasda olmuşam. İlk dəfə o, məni 1998-ci ilə Əməkdar artist adına layiq görüb. Biz xoşbəxt xalqıq ki, bizim Ulu Öndər kimi liderimiz var. Onun ruhu bu gün də bizim başımızın üzərindədir. Bu gün də onun davamçısı Prezidentimiz İlham Əliyev onun yolunu davam etdirir.

Allah onun ruhunu şad etsin, o, hər zaman bizimlədir”,- deyə Xalq artisti vurğulayıb.

Xalq artisti Mübariz Tağıyev isə onun incəsənət üçün etdiyi misilsiz xidmətlərindən söz açıb.

Bu gün Milli Qurtuluş Günüdür — Xalq artistlərinin yaddaşında qalan HEYDƏR ƏLİYEV


“Heydər Əliyevin sənət aləmində etdiyi köməkliklər, xidmətlər misilsizdir. O, bu günə kimi sənət adamları üçün əvəzolunmaz, dəyərli işlər görüb. Ulu Öndərin qoyduğu həmin o yol bu gün də Prezidentimiz İlham Əliyev tərəfindən qürurla davam etdirilir. Heydər Əliyevin sənət adamlarına olan dərin hörməti, qayğısı böyük olub. Sənət adamları ilə, Niyazi, Rəşid Behbudova olan hörmətini, qayğısını mən canlı şahidi olmuşam.

Bütün tədbirlərdə xüsusilə səhnə arxasına gəlirdi, bizimlə görüşürdü. İnandırım sizi, bir də görürdün 40-50 insan durub, heç kəsi diqqətindən kənarda qoymurdu. Bir-bir hamı ilə görüşürdü. O, böyük, dahi insan idi. Mənə elə gəlir ki, hər bir sənət adamı, hər bir azərbaycanlı onun etdiklərinə, bizə miras qoyub getdiyi misilsiz zəhmətlərinə görə, ömrü boyu ona borclu olacaq. Müstəqil Azərbaycanın yaranması birbaşa onun adı ilə bağlıdır.

Belə bir söz var “Sənət hər bir millətin güzgüsüdür”. Bizə olan hörməti, dəyəri bizim ömrümüzün sonuna qədər bizimlə gedəcək”,- deyə ifaçı qeyd edib.

Xalq artisti Sadıq Zərbəliyev isə hələ, 1991-ci illərdə Naxçıvanda tez-tez Ulu Öndərlə görüşdüyünü bildirib.

Image result for Sadıq Zərbəliyev

“Mən 1991-1993 cü illərdə dəfələrlə Naxçıvanda rəhmətlik Heydər Əliyevin yanında olmuşam. Onunla dəfələrlə görüşmüşəm. Hər dəfə də mən onunla görüşəndə kövrəlirdim, gözlərim dolurdu.

Bu gün Milli Qurtuluş Günüdür — Xalq artistlərinin yaddaşında qalan HEYDƏR ƏLİYEV


Yadımdadı, bir dəfə onunla görüşəndə dedim ki, “Yoldaş Əliyev Allah mənim ömrümdən kəssin, sizə versin” diqqətlə mənə baxdı, “Qoy, hər kəsənin ömrü özünə qalsın” deyə cavab verdi.



O zamanlar mən heç düşünməzdim ki, Heydər Əliyev yenidən prezident seçiləcək.



Onun sənət insanlarına xüsusi diqqəti vardı, məni əməkdar artist olmadan birdəfəlik Xalq artisti adına layiq gördü. Türkiyədə Atatürk xalqının himayədarı oldu, Azərbaycanda da Heydər Əliyev, bizim hamımızın lideri, öndərimizdir. Heydər Əliyev əbədi olaraq Azərbaycanla yaşayacaq”.