Gündəm, Siyasət
25 sentyabr 2020
313
Prezident BMT-dəki çıxışında Azərbaycanın Ermənistan qarşısında şərtini açıqladı
"Ölkə.Az" bildirir ki, Prezident İlham Əliyev Ermənistanın bu ilin martın 30-da Azərbaycanın işğal altındakı torpaqlarında qondarma seçki keçirdiyini xatırladıb.
İlham Əliyev Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın işğal altındakı torpaqlarında yerləşdirilməsinin regional sülhə və təhlükəsizliyə təhdid olduğunu bildirib.
“Ermənistan ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar prosesini pozmağa cəhd edir. Ermənistan status-kvonu saxlamaq və işğal edilmiş torpaqların ilhaqını həyata keçirmək istəyir. Ermənistanın baş naziri qəsdən danışıqlar prosesinin formatını və mahiyyətini dəyişmək istəyir. Onun “Qarabağ Ermənistandır” bəyanatı danışıqlar prosesi üçün ciddi zərbədir”, - deyə İlham Əliyev əlavə edib.
Prezident Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycana qarşı 7 şərt irəli sürməsinin qəbuledilməz olduğunu da diqqətə çatdırıb:
“Onun 7 şərti bizim tərəfimizdən rədd edilib. Bizim yalnız bir şərtimiz var - sülhə nail olmaq. Bunun üçün isə Ermənistan qoşunları Azərbaycanın işğal altındakı bütün torpaqlarından çıxarılmalıdır”.
Prezident İlham Əliyev bildirib ki, Ermənistan müdafiə naziri “yeni ərazilər üçün yeni müharibə” barədə məlumat verib:
“Ermənistan həm də Azərbaycanın əsas şəhərlərini, sivil infrastruktur obyektlərini – Mingəçevir Su Anbarını və Səngəçal terminalını təhdid edir. Səngəçal dünyanın ən böyük neft-qaz terminallarından biridir, Bakının yaxınlığında yerləşir, 10-larla ölkənin enerji təhlükəsizliyini təmin edir”.
Prezident onu da bildirib ki, Ermənistan müxtəlif ölkələrdən yığdığı muzdluları və terrorçuları Azərbaycana qarşı istifadə edir.
“Ermənistan bu gün terrorçuluğun sponsorudur”, - deyə İlham Əliyev əlavə edib. oxu.az
Daha çox xəbər:
İlham Əliyev: "Ermənistan müharibəyə hazırlaşır"
Gündəm, Siyasətİlham Əliyev BMT sessiyasında Tovuz döyüşlərindən danışdı: “Ermənistan KTMT ...
Gündəm, Siyasət“Ermənistanın hünəri varsa, tanısın “Dağlıq Qarabağ respublikası”nı”
Siyasət“Ermənistan danışıqları dayandırmaq istəyir”
SiyasətXİN-dən Paşinyana CAVAB — Xocalı qətliamı bütün dünyaya bəllidir
Siyasət