Gündəm, Siyasət
29 sentyabr 2020
277
İlham Əliyev: "Bu dəfə biz onlara növbəti dərs verəcəyik"
“Ötən iki gün ərzində bizim mülki şəxslər arasında itkilərimiz olub. Əfsuslar olsun ki, mülki şəxslərin arasında itkilərin sayı artmaqdadır”.
Bunu Prezident İlham Əliyev sentyabrın 29-da Pakistan İslam Respublikasının Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Bilal Hayenin etimadnaməsini qəbul edərkən deyib.
“Bu ana qədər Ermənistan silahlı qüvvələri tərəfindən 10 mülki şəxs, o cümlədən aralarında 2 uşaq olan 5 nəfərdən ibarət bir ailə öldürülüb. Mülki şəxslər arasında 20-dən çox yaralı var. Bu, bir daha erməni cinayətkar rejiminin faşist mahiyyətini nümayiş etdirir. Bu dəfə biz onlara növbəti dərs verəcəyik”, - Prezident bildirib.
Daha çox xəbər:
“Azad edilmiş ərazilərə Azərbaycan bayrağı sancıldı” - Prezident
Gündəm, SiyasətPrezident: “Biz onlara artıq dərs vermişik və bu proses davam edəcək”
Siyasətİlham Əliyev: “Beynəlxalq ictimaiyyət ağılsız diktatoru dayandıra bilmirsə, ...
Gündəm, SiyasətErmənilər Azərbaycanın 10 mülki vətəndaşını qətlə yetirib, 30 nəfər yaralan ...
Ölkəİlham Əliyev Pakistanın yeni səfirinin etimadnaməsini qəbul edib
Gündəm, Siyasət