Gündəm, Ölkə
16 iyun 2020
332
Bakının giriş-çıxışlarında yaranan tıxacın səbəbi bəlli oldu — RƏSMİ
Daxili İşlər Nazirliyi (DİN) bu gün səhər saatlarında Bakının giriş və çıxışlarında yaranmış tıxaclara aydınlıq gətirib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumatda qeyd olunur ki, bu gün Bakı şəhərinin giriş və çıxışlarında xüsusi karantin rejimi ilə əlaqədar qurulmuş polis postlarında müşahidə edilən avtomobil tıxacının aradan qaldırılması üçün operativ tədbirlər həyata keçirilib. İlkin araşdırmalarla tıxacın yaranma səbəbləri də məlum olub. Müəyyən edilib ki, xüsusi karantin rejmi dövründə fəaliyyət göstərən təşkilat və müəssisələrin şəxsi avtomobilləri ilə hərəkətlərinə icazə verilmiş əməkdaşları onlara verilmiş bu imtiyazdan sui-istifadə edərək sərtləşdirilmiş rejim günlərindən öncə paytaxtı tərk edərək respublikanın müxtəlif regionlarına getməyə cəhd ediblər.
Həmin şəxslərin müəyyən edilərək barələrində qanunauyğun müvafiq tədbirlər görülməsi üçün araşdırmalar aparılır.
Daha çox xəbər:
Koronavirusa görə Azərbaycanın bu rayonuna giriş-çıxış qadağan olundu
ÖlkəBakının çıxışlarında sərt karantin rejiminin ilk gecəsi: Tıxac, xaos, tələs ...
CəmiyyətPolis zibil atanlardan üzr istəyib? – RƏSMİ
ÖlkəAzərbaycana giriş-çıxışa tətbiq olunan məhdudiyyət uzadıldı
ÖlkəDİN-dən “cəzalanacaqlar” açıqlaması — “O POLİSLƏR…”
Cəmiyyət