Gündəm, Siyasət
16 iyun 2020
259

İlham Əliyev “Microsoft” şirkətinin vitse-prezidenti ilə videokonfrans keçirdi — FOTO

İlham Əliyev “Microsoft” şirkətinin vitse-prezidenti ilə videokonfrans keçirdi — FOTO


İyunun 16-da “Microsoft” şirkətinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevlə şirkətin vitse-prezidenti Filip Roq, Mərkəzi və Şərqi Avropa bölgəsinin korporativ əlaqələr və hüquqi məsələlər üzrə rəhbəri Nanna-Louise və “Microsoft” şirkətinin digər nümayəndələri arasında videokonfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, videokonfransda Azərbaycan tərəfdən Prezidentin köməkçisi Şahmar Mövsümov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə iştirak ediblər.