Gündəm, Ölkə
13 oktyabr 2020
489

Azərbaycanda dəmir yolu işçilərinin peşə bayramı

Azərbaycanda dəmir yolu işçilərinin peşə bayramı


"Azərbaycan dəmiryolu işçilərinin peşə bayramı günü" — Azərbaycan Respublikasında hər il 13 oktyabrda qeyd olunan dəmir yolu nəqliyyatının bütün işçilərinin peşə bayramı.

Dəmiryolu işçilərinin peşə bayramı Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2005-ci ildən qeyd olunur. 13 oktyabr tarixinin bayram günü seçilməsinin izahı Sərəncamda bu günün "Müstəqil Azərbaycan dəmir yolunun təşkilatı günü" olduğuna görə verilir.

"Azərbaycan dəmiryolu işçilərinin peşə bayramı günü"də artıq ənənəvi olaraq, dövlət rəhbərliyi dəmir yolu işçilərini peşə bayramı münasibətilə təbrik edir, ən çox fərqlənmiş dəmiryolçular isə dövlət mükafatları, xatirə hədiyyələri, pul mükafatları və təşəkkürlərlə təltif olunur.

Bu münasibət ilə Biz də Xeberim.info rəhbərliyi və kollektivi adından Sizləri təbrik edir və işlərinizdə uğurlar arzulayırıq.