Gündəm, Ölkə
17 oktyabr 2020
402
Prezident: “Ordumuzun Füzuli əməliyyatı hərbi kitablara daxil ediləcək”
“Şanlı Azərbaycan ordusu bundan sonra da düşməni Azərbaycan torpaqlarından qovmağa davam edəcək. Füzuli əməliyyatı rəmzi məna daşıyır”.
Oxu.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AzTV telekanalı vasitəsilə xalqa müraciətində deyib.
Prezident bildirib ki, strateji nöqteyi-nəzərdən Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması bizə növbəti strateji üstünlüklər verir:
“Füzuli istiqamətində yerləşən hərbi qüvvələrimiz orada döyüşlər aparırdı. Təbii ki, bu, sirr deyil. Biz Füzulini hansı hərbi peşəkarlıqla, rəşadətlə işğaldan azad etdiyimiz heç kimə sirr deyil. Ondan əvvəl Cəbrayıl şəhəri, Hadrut işğaldan azad edildi.
Xocavənd, Cəbrayıl, o cümlədən, Füzulinin bir çox kəndləri işğaldan azad olundu. Məhz ondan sonra Füzuli şəhərini düşməndən azad etdik. Düşmən öz silahını yerə qoyub qaçmışdı. Mən tam əminliklə deyirəm ki, Azərbaycan ordusunun Füzuli əməliyyatı, eləcə də, digər əməliyyatları hərbi kitablara daxil ediləcək”.
Daha çox xəbər:
Horadizdə Füzuli şəhərinin işğaldan azad edilməsi qeyd olundu - FOTO/VİDEO
Bölgə, VideoFüzulinin işğaldan azad edilməsi sevinci - VİDEOREPORTAJ
Ölkəİlham Əliyev: “Füzuli işğaldan azad olundu
Gündəm, SiyasətPrezident: “Füzuli çaqqalların, yırtıcı vəhşilərin əlində idi”
SiyasətMadagiz ətrafındakı hakim yüksəkliklər AZAD EDİLDİ - Ordumuz Cəbrayıl-Füzu ...
Cəmiyyət