Gündəm, Cəmiyyət
18 iyun 2020
390
İki həftəlik sərt karantin rejimi ilə bağlı — MÜHÜM AÇIQLAMA

"Azərbaycanın bir sıra şəhər və rayonlarında ciddi karantin rejimi tətbiq olunacaq".
Report xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi, Nazirlər Kabineti yanında Operativ Qərargahın nümayəndəsi Leyla Abdullayeva bu gün keçirilən brifinqdə deyib.
“Nazirlər Kabineti yanında Operativ Qərargah Azərbaycanda tətbiq olunacaq ciddi karantin rejimi ilə bağlı iyunun 19-da qərar verəcək”, - o deyib.
Ciddi karantin rejimi 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək dövrü əhatə edəcək.
Sərt karantin rejimi Bakı, Sumqayıt, Abşeron, Gəncə, Yevlax, Cəlilabad, Lənkəran və Masallıda tətbiq ediləcək. Həmin ərazilərdə evdən çıxmaq SMS icazə ilə mümkün olacaq.

Daha çox xəbər:

Azərbaycanda xüsusi karantin rejimi uzadıldı
Cəmiyyət
Sərt karantin rejimində çimərliyə getmək mümkün olacaqmı? — AÇIQLAMA
Cəmiyyət
Həftəsonu sərtləşdirilmiş karantin rejimi tətbiq ediləcək? — RƏSMİ AÇIQLAMA
Cəmiyyət
Bu həftə sonu da evdən çıxmaq qadağan olunacaq?
Cəmiyyət
Bu həftəsonu da evdən çıxmaq qadağan olunacaq? — RƏSMİ AÇIQLAMA
Cəmiyyət