Gündəm, Cəmiyyət
16 noyabr 2020
357
QƏHRƏMANLIQ SALNAMƏSİ - Şəhid Niftəliyev Mehrab Söhrab oğlunun əziz xatirəsinə həsr olunur
Qəhrəmanlıq heç vaxt bir anın bəhrəsi ola bilməz. Qəhrəmanlıq bizi illər sonra yaddaşlara əbədi yazacaq bir keyfiyyətdir. Azərbaycan xalqı, oğul və qızları da hər zaman bu keyfiyyətə sahib olublar. Çünki tarix boyu xalq olaraq həmişə şərəfli ölümlə fəxr etmişik, ömrümüz boyu belə ölümlərə can atmışıq. Ölümün gözünə dik baxa bildiyimiz üçün bu Vətən, bu torpaq, bu yurd nə qədər faciələr yaşasa da, yaşamaq haqqını itirməyib.Dediyimiz bir kəlmə söz, içdiyimiz and, verdiyimiz vəd əlimizdən tutub, bizi Vətən üçün ölümə aparsa belə, Vətən üçün bu yoldan dönməmişik. Məhz bu qətiyyət, cəsarət, mübarizlik, Vətənə olan sonsuz sevgi sayəsində şəhidlik adlı zirvəni fəth edən oğullarımızın sayı artıb. Vətən torpağı tam olsun deyə hər an özlərinin ömür payını bu yolda keçməyə hazır olublar. Qəhrəmanlığı alın yazısı seçən mərd oğullarımız dünən də olub, bu gün də var, sabah da olacaq. Çünki onları imdada çağıran, azadlığa səsləyən düşmən tapdağı altında olan olan torpaqlarımız var.
Bütün yüksəkliklərdən ucada dayanan bir zirvə var: Şəhidlik zirvəsi. Torpaqlarımızın qorunması, Vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq isə ən böyük şərəf və qürurdur.
Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərimizin ömür yolu gənclərimizə örnəkdir. Hər bir Azərbaycan vətəndaşı öz milli qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir.
Bəli, bu gün Azərbaycanın elə bir bölgəsi, elə bir kəndi tapılmaz ki, orada bir şəhid məzarı olmasın. Onları yaşatmaq, tanıtmaq, hər şəhid ailəsinə hörmətlə yanaşmaq, şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərməksə hamımızın vətəndaşlıq borcudur.
Mən də bir jurnalist olaraq şəhid haqqında yazmaq çox çətin olsa da, amma yazmağı özümə borc bildim. Şəhidlər haqqında nə qədər yazsan da azdı, çünki “Şəhidlik zirvəsi” elə bir zirvədir ki, onun gərək qəhrəmanlıq göstərərək fəth etməlisən. Məhz həmən qəhrəmanlıq göstərən şəhidlərimizdən biri də Quba rayonunda anadan olan, Sumqayıt şəhərində yaşamış Niftəliyev Mehrab Söhrab oğludur.
Mehrab Niftəliyevin döyüş yolu, mübarizə əzmi, məhz onun barəsində müəyyən məlumatları əldə etməyə imkan verir. Bəli həmin an bəlli olur ki, o, azyaşlı vaxtlarından aldığı tərbiyəyə uyğun addımlarını atır, torpağına, xalqına bağlılıq hissini də ortaya qoyur, Onun sağlam ruhda formalaşmasina təsir edən əsas amillərdən biri də, orta məktəb illərində aldığı tərbiyyə olur ki, bu da onun şəxsi xarakterinə, fərdi düşüncə tərzinə təsir edən başlıca amillərdən birinə çevrilir. Haqqında danışdığımız Niftəliyev Mehrab Söhrab oğlu hələ gənc ikən sağlam ruhda tərbiyyə alır və qəlbində vətən sevgisi yaşadan gənclərdən də biri olur. O, həmişə düşüncəsində itirilmiş torpaqlarımızın taleyi onu düşündürürdü, bir çox problemlərin həlli onu narahat edir. Belə bir səbəblər üzündən də o, çox zaman həmyaşıdlarından fərqlənir, danışığı və davranışı ilə yaşlı nəslin nümayəndələrinin diqqətini də cəlb edir. Tədricən boya-başa çatan Mehrab Niftəliyevin istəyi о olur ki, itirilmiş torpaqlarımıza sahib olaq, vətənimizin ərazi bütövlüyünü bərpa edək. Bu məqsədlə o, həddi-buluğa çatdıqdan sonra könüllü hərbi xidmətə yola düşür. О da istəyir ki, digər vətənpərvər gənclərimiz kimi vətənini qorusun, şərəfli vətəndaş borcunu vicdanla yerinə yetirsin. Hərbi xidmətə başladığı ilk gündən bacarığı və atdığı addımları ilə komandanlığın diqqətini cəlb edən Mehrab Niftəliyev, çox keçmir ki, döyüş bölgəsinə göndərilir. Ayrı-ayrı cəbhə bölgələrində erməni işğalçılarına qarşı ölüm-dirim savaşlarında iştirak edən Mehrabın döyüş yolu, tədricən onun peşəkar bir döyüşçüyə çevrilməsinə də səbəb olur. O, torpaqlarımızın bütövlüyü uğrunda vuruşur və həmin torpaqlar uğrunda da şəhid olur. Qarabağ Vətən müharibəsində ermənilərə qan udduran bu cəsur döyüşçü haqqında söz-söhbət düşərkən, onun adı həmişə fəxrlə çəkilir. İnanırıq ki, ölümü ilə şəhidlik zirvəsinə ucalan bu gəncin adı, nəinki bugünkü nəslin nümayəndələri, hətta gələcək nəslin nümayəndələri tərəfindən də daim uca tutulacaq, hər an da yada salınacaq. Mehrab bu yurdun uğrunda, bu sevgili məmləkət Qarabağın ərazi bütövlüyü uğrunda gedən döyüşlərin ən çətin yerlərində düşmənin hərbi texnikasını və canlı qüvvəsini məhv etmişdir.
Vətən uğrunda canından keçmiş, anım günü olan şəhidlərimizinəziz xatirələrini yad edərək mütəmadi olaraq şəhidlərimizlə bağlı silsilə yazılar dərc etməsi isə artıq bir ənənə halını alıb. Ənənəmizə sadiq qalaraq anılaraq, “Şəhidlik” adlı zirvəyə ucaldıqları günü qeyd olunan Niftəliyev Mehrab Söhrab oğlunun əziz xatirəsini yad edirik.Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Əhməd Hüseynov
ABŞ Harvard magistr
Daha çox xəbər:
Azərbaycan Ordusunun Polkovnik-leytenantı Vidadi Xəlilov - Qəhrəmanımız!
Gündəm, Ölkə“Bizi Vətən çağırdı”: Zəfərlə dolu 30 gün... - VİDEO
Gündəm, Cəmiyyət, VideoToyunda vağzalı əvəzinə “Əsgər marşı” səsləndirən şəhid mayorumuzun evindən ...
CəmiyyətCəsarət Əhmədov: “Allahdan istərdim ki, mənim də taleyimə şəhidlik zirvəsi ...
Siyasət“Fəxr edirəm ki, şəhidlik zirvəsinə ucaldı” – Generalın oğlu+Video
Ölkə