Gündəm, Siyasət
19 iyun 2020
245
“Şəhidlərin şərəf və ləyaqətinin qorunması ilə bağlı Cinayət Məcəlləsinə xüsusi maddə əlavə edilməlidir” – Adil Əliyev
Bizi narahat edən bir məqam ondan ibarətdir ki, vətənpərvərlik duyğularından uzaqlaşmış bəzi şəxslər sosial şəbəkələrdə, KİV-lərdə şəhidlərimizlə bağlı xoşagəlməz ifadələr işlədirlər.
Bunu Milli Məclisin vitse spikeri Adil Əliyev parlamentin bu gün keçirilən iclasında deyib.
A.Əliyev bildirib ki, ölkə başçısının və birinci Vitse-prezidentin şəhid ailələrinə daim qayğısı var:
“Şəhidlərimiz, qazilərimiz insan üçün ən uca nemət olan canlarında üçrəngli bayrağın daim dalğalanması üçün keçiblər:
“Bizi narahat edən bir məqam ondan ibarətdir ki, vətənpərvərlik duyğularından uzaqlaşmış bəzi şəxslər sosial şəbəkələrdə, KİV-lərdə şəhidlərimizlə bağlı xoşagəlməz ifadələr işlədirlər. Cinayət Məcəlləsində təhqir edilən şəxslərlə bağlı xüsusi maddə var. Qeyd olunan proses isə kifayət qədər ağrılıdır. Bununla o ailəyə ikiqat əziyyət olur. Təklif edirəm ki, Cinayət Məcəlləsinə şəhid olmuş şəxslərin şərəf və ləyaqətinin qorunması ilə bağlı xüsusi maddə əlavə edilsin”.
A.Əliyev karantin rejiminin uzadılması ilə bağlı məsələyə də münasibət bildirib.
O qeyd edib ki, karantin rejiminin müddətinin uzadılması ilə bağlı bizə olan müraciətlərin vaxtında həll edilməsi üçün vaxtında aidiyyəti qurumlar qarşısında qaldırmağı təklif edirəm:
“Bizə olan müraciətləri vaxtında aidiyyəti qurumlar qarşısında qaldırsaq, ölkəmizdə bu qədər problem olmaz”. /Avropa.info/
Daha çox xəbər:
Mehriban Əliyevanın göstərişi ilə daha bir şəhid ailəsinin mənzil problemi ...
Gündəm, CəmiyyətKarantin cərimələri artırıldı - Yenilənib
SiyasətMehriban Əliyeva şəhid qardaşının müalicə xərclərini öz üzərinə götürdü — F ...
Cəmiyyət2 həftəlik sərt karantinlə bağlı yardım veriləcək? – Nazirdən AÇIQLAMA
ÖlkəƏsgərliyə gedəcək şəxslər 1 iyula qədər ... — ƏTRAFLI
Cəmiyyət