Gündəm, Bölgə
20 noyabr 2020
407
Göyçay şefi Mehdi Səlimzadə Göyçayda vətəndaşlara qan uddurur! - Cənab Prezidentin nəzərinə
Prezident İlham Əliyev icra başçılarına açıq və sərt şəkildə xəbərdarlıq edəndə, xalqla işləməyi tapşıranda, sahibkarları incitməməyi deyəndə, rüşvətlə mübarizə aparılacağını, ağır cəza gözlədiyini bildirəndə bəziləri deyəsən, qulaqardı etmişdi. Onlara elə gəlirdi ki, İ.Əliyevin sözləri publikaya hesablanıb, ənənəvi üsul-idarəsi dəyişməyəcək, heç bir məmuru sərt sanksiya gözləmir.
Göyçay ən çox şikayət gələn, problemlər, özbaşınalıqlar kütləvi şəkildə qeydə alınan rayonlardan biridir. M.Səlimzadə dövlət idarəçiliyinin yeni modelinə uyğunlaşmır, islahatlarla ayaqlaşa bilmir: rayonun qarış-qarış satılması, iş adamlarının incidilməsi, sakinlərə qarşı saymazlıq…
Təsadüfi deyil ki, Prezident Administrasiyasının açıqladığı siyahıda tez-tez şikayətlər gələn əyalətlərdən biri elə Göyçaydır.
Ümumiyyətlə, M.Səlimzadənin idarəçiliyi dövründə baş verən haqsızlıqlar, qohumlarının rayonda hegemonluğu, bazarların bağladılması, sahibkarların incidilməsi, Göyçayın viran qoyulması, heç bir abadlıq işləri həyata keçirilməməsi, küçələrin natəmiz, zibillik içində olması, sakinlərin şikayətlərinin qulaqardı edilməsi, yolların bərbad vəziyyətdə olması, başçının qəbuluna gələnlərin probleminə baxılmaması rayonda narazılığı xirtdəyə çatdırıb.
Göyçay rayonu Müskürlü kənd sakini Qəhrəmanova Arzu Əlisəfa qızı tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb.
Müraciətdə deyilir: "Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Sahil Babayevə müraciət edirəm. Himayəmdə olan 5 azyaşlı uşaqla aclıq yoxsulluq içində yaşamağa məhkum olmuşuq.Böyüyüynün 12 kiçiyinin isə 3 yaşı olmaqla himayəmizdə 5 uşağım var.Özümdə 6 aylıq hamiləyəm.Həyat yoldaşım işsizdir, heç bir yerdən gəlirimiz yoxdur.Günlərlə quru çörəyi belə tapmırıq.Bu səbəbdən azyaşlı uşaqlarım xəstəlik tapıblar.Ünvanlı sosial yardım təyinatı üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Göyçay rayon şöbəsinin müdirinin qəbulunda olduq.Bizə bildirdi ki, həyat yoldaşın Qəhrəmanov Cümşüd Yunis oğlunun adına torpaq sahəsi var, buna görə sizə sosial yardım düşmür.Mən onlara başa saldım ki, həmin torpaq əkinə yararlı deyil şorandır, həmçinin su böhranına görə torpaq əkib gəlir götürmək mümkün deyil.Buna baxmayaraq DSMF-nin Göyçay rayon şöbəsi 5 azyaşlı uşağın aclıqdan ölməsini nəzərə almadılar.Həyat yoldaşım hazırda həyət süpürgəsi yığıb bağlayıb yolun kənarında satmaqla məşğuldur ki, buna görə gün ərzində 2 və ya 3 manat pul qazanır.Bu isə quru çörəyimizə güclə çatır.Bu məşğuıiyyət isə cəmi 15 günlükdür.
Dəfələrlə Göyçay Rayon İcra Hakimiyyəti Başçısı Mehdi Səlimzadənin qəbulunda olub həyat yoldaşımı və mənim işlə təmin olunmağımıza köməklik göstərməsini xahiş etsəkdə əhəmiyyət verməyib.Çünki o indiyə qədər heç bir Göyçay rayon sakininə kömək etməyib.
Bəlkə də Azərbaycanda bizim kimi aclıq səfalət yoxsulluq içində yaşayan ikinci bir ailə yoxdur. Evimiz çiy kərpicdən inşa edilib köhnə və yaşamağa yararsızdır. İmkansızlıqdan bu il uşaqlarımız məktəbə oxumağa getməyəcəklər.Çünki onların paltar və ayaqqabıları yoxdur. Qohum-qonşuların verdiyi quru çörəklə nə vaxta kimi zülm çəkib yaşayacayıq.Artıq intihar etmək həddindəyəm.
Ancaq yenədə ümüdümü üzməmişəm ki, Azərbaycan Respublikasının İlham Əliyev kimi ədalətli Prezidenti və Mehriban Əliyeva kimi mərhəmətli birinci vitse-prezidenti var.Hörmətli Prezident, hörmətli Mehriban xanım Sizə yalvarıram 5 azyaşlı uşağımı aclıqdan məhv olmağa qoymayın bizim ailəyə ünvanlı sosial yardım təyin olunmasına köməklik göstərin.
Əlaqə telefonumuz; (051) 304-22-80"
Qarşı tərəflərin də mövqeyini dinləməyə hazırıq.
Daha çox xəbər:
İlham Əliyev və Mehriban Əliyeva bir aylıq əməkhaqlarını Silahlı Qüvvələrə ...
Siyasət“Balansda vəsait yoxdur, evi qohum-qonşu təmir edə bilər”
BölgəSahil Babayev Dilqəm Əsgərovun həyat yoldaşının təqaüdünü kəsdi — “Göstəriş ...
Gündəm, ÖlkəPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İçərişəhərin bir h ...
Gündəm, SiyasətGöyçayda zəncirvari qəza — Xəsarət alanlar var - FOTO
Kriminal