Gündəm, Siyasət
19 iyun 2020
357
Deputat naziri sərt TƏNQİD ETDİ: “Qotur danaları dəyərindən xeyli baha qiymətə alıb insanlara satdılar”
“Nə qədər adamın ünvanlı sosial yardımı kəsilib. Bu sıraya əlillər də daxildir. Onların pulu niyə kəsilməlidir? Dövlət bu istiqamətə pul ayırıbsa, onu həmin insanlara vermək lazımdır”.
Bu fikirləri Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında çıxış edərkən deyib.
Qüdrət Həsənquliyev çıxışında xüsusilə Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevi sərt tənqid edib.
O, qeyd edib ki, bəzi sahələrlə bağlı ayrılan vəsaitlərə qənaət edilməsi düzgün və anlaşılan deyil.
Millət vəkili xüsusilə, S. Babayevi yarıtmaz siyasət yeritməkdə ittiham edib və onun daha peşəkar kadr ilə əvəzlənməsinin vacibliyini dilə gətirib.
Deputat bildirib ki, ötən gün Youtube sosial şəbəkəsindəki bir videoya baxanda orada ikinci qrup əlilin müavinətinin neçə il kəsildiyini görüb:
“Həmin şəxs dövlət başçısına, birinci vitse-prezidentə müraciət edir. Bu məsələdə qənaət etmək lazım deyil. Qənaəti orda etmək lazımdır ki, qotur danaları dəyərindən xeyli baha qiymətə alıb insanlara satdılar. Öz qardaşının, öz şirkətinin vasitəsilə bunu etdi. O məsələlərə diqqət yetirmək, qənaət etmək lazım idi. Kasıb insanların pulunu kəsiblər. Harın həyat sürən insanların kasıblardan xəbəri ola bilməz. Vəsaitə belə qənaət etmək olmaz. Bu insanları hökumətə qarşı qoymaq olmaz. Bu sahəyə hansı insanların hökumətdən narazı ola biləcəyini dərk edən adam rəhbərlik etməlidir. Büdcədən ayrılan vəsait aidiyyəti üzrə xərclənməlidir”. (modern.az)
Daha çox xəbər:
"COVİD-19 elmlə bağlı məsələdir, bizdə elmə, alimə inanmaq nə zaman olub k ...
SiyasətKarantin dövründə toylar necə keçirilməlidir? — Maraqlı TƏKLİFLƏR
ÖlkəZakir Həsənov Vahid Əhmədova cavab verdi və Şuşanın bombalanmamasının səbəb ...
Gündəm, SiyasətMaskanın qiyməti 5 qəpik olsun – Milli Məclisdə məsələ qaldırıldı
CəmiyyətPolis Yasamalda bu səhvi etdi – Polkovnikdən şok
Gündəm, Cəmiyyət