Gündəm, Siyasət
20 noyabr 2020
347

“Yaşadığımız günlər, anlar yaddaşımızda əbədi qalacaq”

“Yaşadığımız günlər, anlar yaddaşımızda əbədi qalacaq”


“Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində deyib.

Dövlət başçısı bildirib ki, maddi imkanlarımızı səfərbər etməliyik ki, tezliklə vətəndaşlarımızı doğma torpaqlarına qaytaraq: “Mən bu gün Ağdamın azad olunması xəbərini xalqıma böyük qürur hissi ilə çatdırıram, bu müjdəni verirəm. Bu gün bizim yaşadığımız günlər, yaşadığımız anlar, əminəm ki, hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq. Biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir. Bundan sonra biz, ilk növbədə, işğaldan azad edilmiş torpaqlara vətəndaşlarımızın qaytarılmasını təmin etməliyik.

Əziz xalqım, əziz ağdamlılar, sizi bu gözəl tarixi hadisə münasibətilə bir daha ürəkdən təbrik etmək istəyirəm. Sizə cansağlığı, xoşbəxtlik arzulayıram. Ağdam bizimdir! Qarabağ Azərbaycandır!”