Gündəm, Ölkə
27 noyabr 2020
349

21-Cİ ƏSRİN MÜBARİZLƏRİ

21-Cİ ƏSRİN MÜBARİZLƏRİ


ƏDALƏTLİ QƏRAR

Şəhid İbarət Əkbərov Faiq oğlu. 21.03.1993 - cü ildə Yardımlı rayon Mirimli kəndində doğulmuşdur. 1999 - cu ildə Məlikli kənd ümumi orta məktəbinə daxil olub, Məlikli kəndində doqquzuncu sinifi bitirdikdən sonra, Cəlillabad rayon Pirvolnoe kəndində yaşamaqa gediblər və (10 - 11) - ci sinifi Pirvolni məktəbində bitirmişdir.
Orta məktəbi bitirdikdən sonra, Hərbi xidmətə çağırılıb və hərbi xidməti başa vurduqdan sonra, Cəlillabad rayon Pirvolni kəndinə qayıdıb, ailə qurub. Vətənin darda qalmasına dözə bilməyib, yenidən Hərbi xidmətə Tanqis olaraq getmişdir. 27 sentyabr Ərazi bütövlüyü uğrunda döyüşlərdə qəhramanlıq göstərib və 12 oktyabrda şücaət göstərmiş qəhrəmancasına Şəhid olmuşdur.
Şəhidimiz İbarət Əkbərov Faiq oğlu demişdir;
-- Ermənilərin kökün Kəsib qayıdacam.
İbarət Əkbərovun yaxınları və qonşularının dediyinə görə sanki, İbarət bilirdi ki, şəhid olacaqdır. Sentyabrın 20 də Pirvolniə kəndinə gəlrək ailəsi və yaxın dostları, qonşuları ilə görüşmüşdür.
Azərbaycan ilk tarixini yazır.
Azərbaycan ücün ilk savaş öz torpaqlarımız uğrunda gedən döyüşlərdə 30 il bundan öncə işğal altında əsarətdə saxladığı torpaqlarımızı azad etməkdir.
Ermənistanın hədəfi mülkü əhalidir. Dinc əhaliyə qarşı törədilmiş cinayətdir.
Gəncə şəhərində dinc əhalini Raketlə vurmaq heç də düzgün siyasətin əsas mövqeyi deyildi.
Bizim hədflərimiz isə düşmən hərbi postları, texnikaları və öz torpaqlarımızı işğalçılardan qarış - qarış azad etməkdir.
Ermənistan isə öz işğalçı siyasətini davam etdirir. Dünya bu ədalətsizliyə göz yummamalıdır. Uşaq qatillərinə ədalətli qərar qəbul edilməlidir. İyrənc əməllərindən əl çəkməlidirlər. Qarabağ bizimdir, bizimdə olacaqdır. Qarabağ Azərbaycan'dır

ŞƏHİDLİK ZİRVƏSİ

Şəhid Amal Qarayev Ədalət oğlu. 23.01.2001 - ci ildə Yardımlı rayon Ərus Kəndində doğulmuşdur.
2007 - ci ildə birinci sinifə daxil olub və doqquzuncu sinifi həmin məktəbdə bitirdikdən sonra, Bakıda Təmailər unversetinə daxil olmuşdur.
Hərbi xidmətə çağrılıb və
hərbidə isə Xüsüsi Təyinatlı da xidmət edib. Torpaqları işğaldan Azad edilməsi uğrunda Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərin Azad olunması uğrunda qəhrəmancasına 04.10.2020 Şəhid olmuşdur.
Əzizlərinin dediyinə görə, Amal Qarayev hər zaman Vətənə bağlı bir övlad olub. Artıq, Amal Şəhid olmağı ilə ailəsinin və Ərus kəndinin Fəxri olub. Neinki, Azərbaycanın tüm Türk dünyasının Fəxridir.
Şəhidlik elə uca bir zirvədir ki, o zirvəyə yalnız qəhrəmancasına şücaət göstərmiş qəhrəmanlar
çata bilər. Allah cəmi Şəhidlərimizə rəhmət eləsin.
Allah dualarımızı qəbul etsin. Səngərdə əsgərlərimizi düşmən gülləsindən qorusun. Amin.


BAŞ ÇAVUŞ

Cavid Zeynalov Vaqif oğlu. 17.10.1990 - cı il'də Yardımlı rayonu Mirimli kəndində doğulmuşdur. İbtidai təhsili Məlikli kənd əsas məktəbində, orta təhsili (9 - 10 ) sinifi Cəfərov adına Mirimli kənd ümumi orta məktəbində A.B.Nəcəfov adına Arus kənd tam orta məktəbində bitirmişdir.
2008 - ci ildə Lənkəran Tibb Kollecinə qəbul olmuşdur.
(2009 -2010) illərdə hərbi xidməti cəbhə bölgəsində başa vurduqdan sonra, (2011 - 2012) tibb kollecində təhsilini davam etdirərək məzun olmuşdur.
stomotoluq sahəsində çalışmışdır.
Vətənin tarixini Atası Vaqif Məllimdən öyrənmişdir. Cavid hər zaman Vətəni sevmişdir.
2014 - cü ildən yenidən ordu sıralarına qayıtmışdır. 2016 - cı ildə Aprel döyüşlərində iştirak etmişdir. İştirakına görə, "baş çavuş" hərbi rütbəsi və Fəxri Fərmanlarla təltif edilmişdir.
Vətən müharibəsinin ilk günlərindən yaralı əsgərlərə tibbi yardım göstərmək üçün cəbhənin ən qızğın yerlərində olmuşdur.
30.09.2020 - ci ildə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqeyində Qəhramancasına Şəhid olmuşdur.
Həmin gün o gün idi. Cavid Zeynalov Vaqif oğlu, qəhrəmancasına şəhid olan gün.
Atası çox narahat idi, hər dəqiqə dərindən elə, ah çəkirdi.
Müəllim niyə beləsiz ?
-- Deyirdi: - Ürəyim çox narahatdır. Həmin gün Vaqif müəllim son dəfə oğlu ilə əlaqə saxlayıb. Həmin gün oğlunun səsini son dəfə eşidib.
Vaqif Məllim övladlarını hər zaman gözəl tərbiyə edib. Cavid Atasının başın hər zaman uca etdi. Nəyinki, Mirimli Kəndi Cavidlə Fəxr edir, onunla bütün Azərbaycan xalqı fəxr edir. Artıq, biz bilməliyik ki, Azərbaycanda Cavid Zeynalov kimi igidlərimiz var. Allah cəmi Şəhidlərimizə rəhmət elesin. Amin.