Gündəm, Cəmiyyət
23 iyun 2020
1091
Zakir Qaralovun şirkətinin 1 milyona yaxın vergi borcu var
“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC dövlət qarşısında vergi borcunun olduğu məlum olub.
Bu barədə Banker.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən məlumat yayıb.
Bildirilir ki, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin 980 min 418 manat vergi borcu var.
Xatırladaq ki, tikinti sektorunun şirkətlərdən biri olan “Akkord” Korporasiyası infrastruktur layihələrinin, ictimai obyektlərin tikintisi, inşaat materiallarının istehsalı üzrə ixtisaslaşmışdır.
“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC 2006-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 75 594 365 manatdır.
Qeyd edək ki, Akkord Şirkətlər Qrupu sabiq Baş prokuror Zakir Qaralova məxsusdur.
Daha çox xəbər:
İqtisadiyyat Nazirliyindən icazələrin aktivləşdirilməsi ilə bağlı MÜHÜM AÇI ...
Ölkəİyulun 20-dək yalnız bu sahələrin fəaliyyətinə icazə verilir – SİYAHI/VİDEO
Gündəm, ÖlkəQadağa ləğv edildi, bu şəxslərin hərəkətinə icazə verilir — SİYAHI
CəmiyyətABŞ-ın dövlət borcu 26 trilyon dollara çatıb
DünyaZakir Qaralovun qardaşına cinayət işi açıldı
Gündəm, Kriminal