Gündəm, Ölkə
23 iyun 2020
466
Daha 100 şəhidin vərəsələrinə birdəfəlik ödəmə veriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən Komissiya daha 100 şəhidin 142 vərəsəsinə birdəfəlik ödəmənin (11 min manat) verilməsinə dair qərar qəbul edib.
“Qafqazinfo”nun məlumatına görə, birdəfəlik ödəmə vəsaitlərinin yaxın günlərdə həmin vərəsələrin bank hesablarına köçürülməsi üçün müvafiq işlər aparılır.
Ümumilikdə 12281 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib. Bu günədək onlardan artıq 12 mindən çox şəhidin 18 min vərəsəsinin birdəfəlik ödəmə ilə təminatı həyata keçirilib.
Şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramı artıq 98 faizədək icra olunub.
Daha çox xəbər:

190 manatlıq birdəfəlik ödəmələrin verilməsi ilə bağlı MÜHÜM AÇIQLAMA
Ölkə
Azərbaycanda krediti olanların borcları DONDURULUR — RƏSMİ
Gündəm, Ölkə
190 manat bank kartlarına köçürüləcək — Nazirlikdən açıqlama
Cəmiyyət
Mehriban Əliyeva şəhid qardaşının müalicə xərclərini öz üzərinə götürdü — F ...
Cəmiyyət
Sərt karantin bərpa olundu, bəs 190 manat veriləcəkmi? – RƏSMİ CAVAB
Cəmiyyət