Gündəm, Şou biznes
24 iyun 2020
301

“Bu ifaçıları dinləmirəm” — ABŞ-dan qayıdan İlhamədən GÖZLƏNİLMƏZ ETİRAF

“Bu ifaçıları dinləmirəm” — ABŞ-dan qayıdan İlhamədən GÖZLƏNİLMƏZ ETİRAF


Dörd il ABŞ-da yaşayan, bir müddət əvvəl isə vətəninə qayıdan müğənni İlhamə Qasımova ATV telekanalında yayımlanan “7 canlı” axşam şousunun qonağı olub.
İfaçı veriliş zamanı maraqlı açıqlamalar verib. O, şou-biznesdə dinləmədiyi müğənnilərin adlarını açıqlayıb.

“ Roza Zərgərlini, Üzeyir Mehdizadəni, Günel Ələkbərovanı dinləmirəm. Mətanət Əsdova da xalq mahnıları ifa edir, bir – iki dəfə eşitmişəm. Ancaq xüsusi olaraq, evdə, avtomobildə bu müğənnilərin mahnılarına qulaq asmıram. Rəqsanə xanımın ifalarını bilirəm, eşitmişəm. Hətta bir dəfə onun ”bifəva” mahnısını verilişlərin birində zarafatla oxumuşdum, buna görə məndən incimişdi, ismarıc da yollamışdı”,- deyə o, bildirib.