Gündəm, Cəmiyyət, Ölkə
09 mart 2021
1338
Qalib Xalqın Şanlı Ordusu
Bu gün Azərbaycan xalqı həm sevinc, həm kədər, həm də qürur hisslərini birgə yaşayır. Mənim üçün çox qiymətlidir bu hissləri ifadə etmək.
44 gün davam edən müqəddəs Vətən müharibəsində artıq biz zəfər bayrağını ucaltmışıq.
Bu gün tarixi yeniləyən Cənab Prezident İlham Əliyev öz siyasəti ilə 30 ildir ki, düşmən tapdaqları altında olan torpaqlarımızı rəşadətli ordusu ilə azad etməsi, dövlətçilik tariximizi qürurlandırdı.
Bu gün tarixi yeniləyən Ali Baş Komandanımız və rəşadətli ordusu Şanli tarix yazdılar. İgid əsgərlərimiz, Qarabağ uğrunda gedən döyüşlərdə, öz canlarından keçərək, irəli deyərək döyüşdülər. İstər ön cəbhədə, istərsə də arxa cəbhədə bir yumruq oldular. Düşməni məğlub etdilər. Bu günlərin hər bir saniyəsi, hər bir dəqiqəsi bir dastandır.
Bu gün böyükdən kiçiyə qədər hər bir azərbaycanlı vəzifəsindən, sosial əqidəsindən asılı olmayaraq özünü daha güclü, mətn hiss edir. Çünki, biz haqq savaşımıza qalib gəlmiş bir xalq nümayəndələriyik. Hər gün işğaldan azad olunmuş torpaqlarımız kimi böyüyüb, bütövləşirik. Bizim mübarizəmizin mənası, qayəsi Azərbaycanın bütövlüyü idi. Bu gün biz bu ali istəyimizə nail olmuşuq. O, müqəddəs anaların böyüdüb, boya-başa çatdırıb, Vətən müharibəsinə başı dik, ürəyi açıq şəkildə göndərdikləri oğulların göstərdikləri sücayət nəticəsində nail olmuşuq.
Bu gün biz Qarabağımıza qayıdırıq. Bununda səbəbi, Ali Baş Komandanımızın göstərdiyi nəaliyyətlərdir. Bununla yanaşı, yalın ayaqlarıyla öz torpaqlarından didərgin düşən igidlərimiz, Qarabağın adını eşidib, üzünü görməyən, qəlbləri Vətən eşqi ilə döyünən oğullarımız, Qarabağdan olub, Qarabağda doğulmayan mərd əsgərlərimizin səyləri nəticəsində həyata keçmişdir.
Azərbaycan öz qanunları ilə vuruşmağı seçdi. Üz-üzə, mərd-mərdanə. Kim güclüdürsə, o qalib gələr dedilər. Lakin, bütün dünya düşmənin namərdliyinin, vəhşiliyinin, acizliyinin əyani şəkildə şahidi oldu. Dinc əhalini həlak etdilər. Körpə balaların qanlarını axıtdılar.
Bir vaxt "Qarabağ bizimdir" deyerək rəqs edən namerd, bu gün iti qovan kimi Qarabağ torpaqlarından qovuldu.
Bəli, biz güclüyük!
Bizim Müzəffər Ali Baş Komandanımız və Şanlı ordumuz var.
Bu gün biz bir yumruq kimi birləşən xalq, bütövləşən Azərbaycan kimi qayıdırıq. Biz Qarabağa yenilməz, Vətən sevgisi daşıyan gənclər, zabitlər kimi qayıdırıq. Siyasi, sosial-iqtisadi, elmi nəaliyyətlərimizlə qayıdırıq.
Bu 30 illik tarix yeniləndi və mən bu tarixin şahidi olduğum üçün çox qürurlanıram!
Qarabağ bizimdir!
Qarabağ Azərbaycandır!
Sevinc Hüseynova
Masallı rayon, Təzə Alvadı kənd, uşaq bağçasının müdiri.
Daha çox xəbər:
Daha bir əsgərmiz təltif olundu -“Fizulinin azad olunmasına görə” medalı il ...
ÖlkəAzərbaycan idmançıları Ali Baş Komandana təşəkkür etdilər
Gündəm, İdmanİradə xanım Gülməmmədova: Qarabağ bizimdir ! Qarabağ Azərbaycandır !
CəmiyyətBayram Səfərov: Biz Qalib gəldik!
Gündəm, BölgəAllahşükür Paşazadə xalqa müraciət etdi
Cəmiyyət