Gündəm, Siyasət
20 mart 2021
1935
Prezident: “Ağdamın baş planı hazırlanır”

“Biz Şuşanı bərpa edəcəyik, mütləq bərpa edəcəyik. Artıq bərpa işlərinə start verildi. Bu gün Şuşada olarkən artıq verdiyim tapşırıqların yerinə yetirilməsi ilə tanış oluram. Biz nəinki Şuşanı, azad edilmiş bütün torpaqları bərpa edəcəyik. Quruculuq işləri başlamışdır, infrastruktur layihələrinə start verilmişdir.”.
Bu sözləri Prezident İlham Əliyev Cıdır düzündən Azərbaycan xalqına müraciəti zamanı deyib:
“Ziyanın hesablanması aparılır, şəhərlərin baş planları hazırlanır. Birinci növbədə, Ağdam şəhərinin və Ağdam rayonunun bütövlükdə baş planı hazırlanır, onun ilkin versiyası mənə təqdim edildi. Mənim tapşırıqlarımı nəzərə almaq şərtilə indi bunun üzərində iş gedir və yaxın gələcəkdə baş plan təsdiq olunacaq. Ondan sonra bərpa işləri azad edilmiş bütün torpaqlarda başlanacaq. Ermənilər 30 il bizim torpaqlarımızı dağıdıblar. Biz isə bu torpaqları bərpa edəcəyik, çünki bu torpaqların sahibləri bizik - Azərbaycan xalqıdır”.
Daha çox xəbər:

Prezident: “30 il ərzində ermənilər bütün bulaqlarımızı qurudublar”
Siyasət
İlham Əliyev: “Tarixi bərpa edirik”
Siyasət
Prezident: “Böyük qayıdış başlayır, bütün işlərə start verildi”
Siyasət
Dövlət başçısı: "Biz düşməni məsuliyyətə cəlb edəcəyik, cavab verəcəkdir"
Siyasət
Prezident: "Naxçıvana gedən dəmir yolunun bərpası ilə əlaqədar göstərişlər ...
İqtisadiyyat