Gündəm
29 iyun 2021
567
Yol İstismar MMC-nin rəisi Zahid Nadir oğlu Nuriyevlə bağlı növbəti qan donduran faktlar…
Baş direktor Zahid Nuriyev kimin köməyi ilə «Azəryolservis»in milyonluq layihələrini «udur»?
«Azəryolservis» Açıq Səhmdar Cəmiyyətinin (ASC) sifarişlərinin əsas icraçılarından olan «Yol İnşaatçısı» MMC-nin adı ilə bağlı son günlər qalmaqallı xəbərlər yayılmaqdadır.
Qeyd edək ki, «Yol İnşaatçısı» MMC-nin Nardaran qəsəbəsində apardığı yol çəkilişi işlərinin gedişində məsuliyyətsizlik səbəbindən baş vermiş hadisə nəticəsində fəhlələrdən bir nəfəri dünyasını dəyişib. Məlumata görə, hadisənin baş verməsinə səbəb təhlükəsizlik tədbirlərinin görülməməsi olub.
2015-ci ilin mart ayının 22-də, yəni Novruz bayramı günü də şirkətdə faciə qeydə alınıb. Belə ki, hadisə nəticəsində Baba adlı Gürcüstan vətəndaşı dünyasını dəyişib. Buna bənzər hadisələrdən biri də keçən il Sumqayıtda görülən işlər zamanı qeydə alınıb. Süleyman adlı şəxs bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. 2016 - ilin fevral ayının 7-də, “Yol İnşaatçısı” MMC-yə məxsus Balaxanı asfalt zavodunda Hümbətov Araz Musa oğlu (fəhlə) traktorun altında qalaraq ağır xəsarətlər alıb. Araz Hümbətov xəstəxanaya çatdırılana qədər yolda keçinib. Bu ölüm halları, mətbuata məlum olanlardır.
Gundelik-baku.com-a daxil olan məlumatlarda bildirilir ki, MMC-nin baş direktoru Zahid Nuriyev həm maddi imkanından, həm də bəzi əlaqələrindən istifadə etməklə şirkətdə baş verən bədbəxt hadisələri gizlətməyi bacarır. Məlumat üçün qeyd edək ki, Zahid Nadir oğlu Nuriyev 02 sentyabr 1952-ci il tarixində Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olub. Gürcüstanda orta məktəbi bitirdikdən sonra, Azərbaycana gəlib və burada yaşamağa başlayıb. 1969-cu ildə Keşlə Maşınqayırma zavodunda texnik vəzifəsində ilk əmək fəaliyyətinə başlayıb. Daha sonra, 12.11.1970-ci il tarixindən 15.11.1972-ci il taxirinədək Sovet Ordusunda həqiqi hərbi xidmətdə qulluq edib. Hərbi xidmətini bitirdikdən sonra yenidən Keşlə Maşınqayırma zavodunda əmək fəaliyyətini davam etdirib. 1974-cü ildən Azərbaycan Layihə İnstitutunda işə başlayıb və baş texnik vəzifəsindən, böyük mühəndis vəzifəsinə qədər yüksəlib. 1982-ci ildən Bİİ-nin Yol Təmir Tikinti idarəsində iş icraçısı vəzifəsində çalışıb. 2002-ci ildən bu günə qədər “Yol-İnşaatçısı” MMC-nin baş direktoru vəzifəsində işləyir.
Bizə çatan informasiyaya əsasən Zahid Quriyevin şirkətində çalışan fəhlələrin böyük əksəriyyətinin əmək müqaviləsi yoxdur. Baş direktorun işçiləri günəmuzd işlədərək onların hüquqlarını pozduğu bildirilir: «Yol İnşaatçısı» MMC bu vaxta kimi maliyyə həcmi böyük olan layihələrə cəlb edilib. Amma maraqlı məqam ondan ibarətdir ki, şirkətdə çalışan fəhlələrin bir çoxunun yol tikintisindən bir o qədər də anlayışı yoxdur. Ümumiyyətlə, MMC tərəfindən salınan yol və körpülərin keyfiyyətsizliyi göz qabağındadır. Aidiyyəti dövlət qurumları bu məsələyə nədənsə göz yumur, milyonluq layihələrin hansı formada icra edildiyi araşdırılmır». Zahid Nuriyevin adı başqa xoşagəlməz işlərdə də hallanır.
Növbəti yazımızda baş direktorun hansı yüksək vəzifəli şəxsin adından tez-tez istifadə etməsi, «Azəryolservis»in sifarişlərinə kimin xahişi ilə cəlb olunması və ölüm hadisələrinin gizlədilməsi ilə bağlı qan donduran faktları açıqlayacağıq.
Bizi izləyin.
Yazı ilə bağlı qarşı tərəfi də mövqeyini dərc etməyə hazırıq.

Daha çox xəbər:
SON DƏQİQƏ: işdən çıxarılan İCRA BAŞÇISI VƏFAT ETDİ - FOTO
KriminalManaf Ağayevin ailəsində FACİƏ - GECƏ VƏFAT ETDİ
Şou biznesMÜBARİZƏYƏ GEDƏN YOL
Gündəm, ÖlkəKorrupsiyaya qarşı Mübarizə İdarəsindən daha bir əməliyyat — Vəzifəli şəxs ...
Kriminal“Əhalinin yarıdan çoxu icralardan narazıdır”
Gündəm, Siyasət