Gündəm, Ölkə
30 iyun 2020
395
Pandemiya Azərbaycan iqtisadiyyatına nə qədər zərər vurub? — RƏSMİ

“Pandemiya dövründə ümumilikdə idxalın həcminin azalması beş faiz ətrafında müşahidə edilir”.
Oxu.az məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Onun sözlərinə görə, ixrac əməliyyatında azalma müşahidə edilir:
“Dünya bazarında neftin qiymətində azalmanın olması ixraca da təsir edib. Qeyd edim ki, bizim ixrac etdiyimiz məhsulların dəyəri idxalın dəyərini üstələyir”.
Nazir qeyd edib ki, pandemiyanın Azərbaycan iqtisadiyyatına nə qədər zərər vurması barədə danışmaq hələ tezdir:
“Hazırda bu proses davam edir. Hesablamalar aparılır”.

Daha çox xəbər:

Nazir: “Sahibkarlar üç milyon manata qədər güzəştli kredit götürə bilərlər”
Gündəm, Cəmiyyət
Bakıda ucuz mənzillər bahalaşıb — Bahalı mənzillər isə ucuzlaşıb
Cəmiyyət
Tramp Çinin koronavirusu qəsdən yaydığını istisna etmir
Dünya.jpg)
Son dəqiqə! Azərbaycanda koronavirusun ikinci dalğası başlayıb? — AÇIQLAMA
Gündəm, Ölkə
Devalvasiya olacaqmı? — AÇIQLAMA
Cəmiyyət