Gündəm, Siyasət, Cəmiyyət, Ölkə
23 dekabr 2021
1246
İlham Əliyevin rəhbərliyi ilə yazılan yeni şanlı tarix
10 noyabr 2020-ci il... Bu tarix Qarabağa qovuşduğumuz tarixdir! Bu gün Böyük Qələbə Günüdür!
Müzəffər Ordumuz 44 gün ərzində döyüş meydanında gücünü göstərdi və qəhrəmanlıqla savaşaraq qələbə qazandı. Ali Baş Komandanın qətiyyətli mövqeyi, Azərbaycan əsgərinin rəşadəti, şücaəti, xalqımızın birliyi, həmrəyliyi nəticəsində düşmənin müqaviməti qırıldı və 10 noyabr şanlı tariximizə Zəfər günü kimi yazıldı.
8 noyabr isə Azərbaycan tarixinə Qələbə günü kimi düşdü. Qarabağın tacı, ölkəmizin ən dilbər guşələrindən biri, muğamımızın beşiyi Şuşa mənfur düşmən tapdağından qurtuldu. Həmin gün xalqımız tərəfindən böyük coşqu ilə qarşılandı. Hər kəs müqəddəs üçrəngli bayrağımıza bürünərək küçələrə axışdı, sevincini bir-birilə bölüşdü.
9 Noyabr - Dövlət Bayrağı Günü də qələbə xəbərləri davam etdi. Prezident İlham Əliyev "Twitter” hesabından 71 kəndin, 1 qəsəbənin və 8 strateji yüksəkliyin işğaldan azad edilməsi ilə bağlı şad xəbəri xalqa verdi.
10 noyabr gecəsi isə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev doğma xalqını böyük zəfər xəbəri ilə müjdələdi: "Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır”.
Uğur dalınca uğur, zəfər dalınca zəfər bizi müşayiət etdi, Azərbaycan ordusu şanlı tarix yazdı. Şanlı tarixin yazılmasının əsas memarı - Ali Baş Komandan, QALİB SƏRKƏRDƏ İlham Əliyev cənablarının son 18 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir və Azərbaycan xalqı bundan sonra da yumruq kimi Azərbaycan Prezidentinin ətrafında birləşəcək.
2020-ci il dövlətçilik tariximizə qızıl hərflərlə yazıldı, Zəfər ili kimi həkk olundu. Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz işğalçı Ermənistan üzərində möhtəşəm Qələbə qazanaraq xalqımızın 30 illik həsrətinə son qoydu, bizi tarixi yurd yerlərimizə qovuşdurdu. Sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatı, bütün cəbhəboyu ağır artilleriyadan istifadə etməklə hücuma keçməsi və birbaşa mülki əhalini hədəfə alması nəticəsində Azərbaycan Ordusu vətən uğrunda ölüm-dirim savaşına qalxdı. Ordumuz bütün dünyanın suveren Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdığı Dağlıq Qarabağı və ətraf rayonları düşmən işğalından azad etmək üçün Vətən müharibəsinə başladı. Elə ilk gündən düşmənin ön müdafiə xəttinin yarılması, qısa zamanda bir neçə kənd və strateji əhəmiyyətli yüksəkliklərin işğaldan azad edilməsi xalqımızın qələbə ovqatını daha da artırdı. Bütün xalq öz rəhbəri ətrafında bir yumruq kimi sıx birləşdi. Minlərlə igid oğullarımız mənfur düşmənlə vuruşmaq üçün hərbi səfərbərlik şöbələrinə axışdı. Hər kəs bacardığı qədər orduya maddi və mənəvi dəstək göstərdi.
Qələbəyə doğru inamla irəliləyən qorxmaz, cəsur əsgərlərimiz düşmənin işğal olunmuş torpaqlarımızdakı hərbi hissələrini, istehkamlarını, ön xətt mövqelərini, döyüş texnikalarını və infrastrukturunu, canlı qüvvəsini, cəbhənin dərinliyindəki atəş nöqtələrini, bazalarını darmadağın etdi, kəndlərimizi, strateji yüksəklikləri sürətlə tutdu.
Torpaqlarımızın azad edilməsinə səbəb olan Vətən Müharibəsini - İkinici Qarabağ müharibəsini qalibiyyətlə başa vurmuş Ali Baş Komandanımız cənab İlham Əliyevi 60 illik yubileyi münasibətilə təbrik edirəm. Azərbaycan ordusuna eşq olsun! Qalib Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yazılan yeni şanlı tarixin, Zəfər tarixin mübarək, Azərbaycan!
Vüqar Əhmədov
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri
Daha çox xəbər:
Azərbaycanın ən böyük gücü xalqın öz liderinə olan sarsılmaz inamı və güvən ...
Gündəm, Siyasət, Cəmiyyət, ÖlkəGözün aydın Qarabağ, gözün aydın, Vətən!
Gündəm, Siyasət, Cəmiyyət, Ölkə, SosialGözün aydın Qarabağ, gözün aydın, Vətən!
Gündəm, Siyasət, Cəmiyyət, Ölkə, SosialAli Baş Komandanımız və güclü Ordumuz sayəsində Qarabağımıza qovuşduq
Gündəm, Siyasət, Cəmiyyət, ÖlkəZəfər Günü Azərbaycanın taleyinə yazılmış sevinc payıdır
Gündəm, Siyasət, Cəmiyyət, Ölkə, Sosial