Gündəm, Cəmiyyət, Ölkə, Sosial
14 mart 2022
1172
NOVRUZ BAYRAMI BİRLİK BAYRAMIDIR
Dünyaya günəş kimi parlayan Ümummilli Liderimizin şah əsəri sayılan Müstəqil Azərbaycan Respublikası 44 günlük ədalət savaşından uğurla, qalibiyyətlə və zəfərlə çıxaraq böyük qələbəsini qeyd etdi. İki əsrin sərkərdəsi cənab Prezident İlham Əliyev 28 illik həsrətə son qoyaraq Qarabağımızı müzəffər Azərbaycan ordusunun sücayəti ilə işğaldan azad edərək dünyaya haqq səsimizi çatdırdı. Biz Azərbaycan xalqı inanırıq ki, Heydər Əliyev ideyalarına söykənərək möhkəm dayaqlar üzərində qərar tutan siyasətiniz bundan sonra da daha böyük uğurlara imza atmış olsun.
Cənab Prezident Biz Azərbaycan xalqı sizinlə fəxr edirik.
Novruz bayrami
Bayramlar… Onların bir çoxunu insanlar təbiət, cəmiyyət üzərində qələbələrini təsdiq etmək üçün yaradıblar. Lakin bu bayramlar sırasında elələri də var ki, taleyimiz kimi bizə təmənnasız bəxş olunub. Bu bayramların təntənəsinə insan daxili, ruhi oyanışın təsiri ilə hazırlaşır. Bu, hər bir xalqın milli bayramıdır. Xalqımızın belə böyük bayramlarından biri də Novruz bayramıdır.
Tarixi, çox qədim olan Novruz bayramı hər il xalqımız tərəfindən böyük təntənə ilə qeyd olunur. Novruz bayramı təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Günəş dünyanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçdiyi vaxt gecə ilə gündüz bərabərləşir. ….. Bu vaxt qış qurtarır, Yaz fəsli başlayır. Elə Novruz bayramı da bu gündə keçirilir. Deməli, Novruz bayramı əslində yazın, baharın ilk günü, təbiətin canlanması, torpağın oyanması bayramıdır. Adamlar novruz bayramının pişvazına çıxarlar. Onu nəğməylə qarşılayarlar.
Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaratmışdır. Novruz bayramı sağlamlığın, firavanlığın başlanğıcıdır. Novruz başdan-başa ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa, insana məhəbbət bayramıdır. Elə bu məhəbbətlə bağlı yaranmış Novruz tapmaca, atalar sözü və adətlərində ulu babalarımızın müdrik dünya görüşü, humanist baxışları, həlim qayğıkeş təbiəti özünü göstərir.
Xalqın adətinə görə bayram günü süfrə dolu olmalı, qız-gəlin təzə yaylıq, çəkmə geyməliydir, evlərdə hanalar qoyular, bayram xalçaları toxuyardılar.
Novruz bayramının Novruz süfrəsi, Novruz xonçası var. Bu süfrəni hazırlamağa axır çərşənbədən başlayırlar. Süfrəyə qoymaq üçün müxtəlif şirnilər bişirilir. Bunlara şəkərbura, paxlava, şəkərçörəyi və s. aiddir.
Bayram süfrəsində adlarını çəkdiyimiz şirniyyatlardan başqa noğul, nabat, püstə, badam, tut qurusu, kişmiş, fındıq, qoz, boyanmış yumurta, alma qurusu, iydə və s, çərəzlər olur. Bəzən axır çərşənbə həm də yeddiləvin gecəsi adlanır. Bu zaman süfrədə yeddi növ çərəz olmalıdır.
Çox vaxt yeddi sin süfrəsi də açılır. Yeddi sin süfrəsi sin “s” hərfi ilə başlayan sirkə (dad və zövqə işarədir), sarımsaq (sağlamlıq), səbzə(ümid), sumax (bərəkət), sikkə (varlıq), saat( uzun ömür) və su (aydınlıq) deməkdir. Süfrənin ortasında qırağı şamlarla bəzədilmiş səməni qoyulur.
Azərbaycanda lap qədimlərdən novruz şənliklərində “Sayaçı”, “Yuğlama”, “Yel baba”, “Cütçü şumu”, “Kəvkəs”, “Kosa-kosa”, “Qaravəlli” və s. kimi milli xalq oyunları keçirilib. Bütün bunlarla birlikdə “Kəndirbaz”, “Masqara”, tamaşaları hazırlanır.
Bu oyunların içərisində ən geniş yayılmışı “Kosa-kosa” oyunudur. Cavanlar bir yerə toplaşıb, zirək, hazırcavab bir oğlana dəri kürkü tərsinə geydirib. Başına uzun motal papaq taxıb aşağıdakı mahnını oxuya-oxuya gəzirlər.
Bayram şənliyində keçirilən bu oyunlar özünəməxsus yer tutur. Novruz bayramının çərşənbələrində həyətlərdə tongal yandırılır. Tonqalın üstündən hoppanıb köhnə ilin azar-bezarı da yandırılır. Odun üstündən hoppananlar nəğmələrdə oxuyarlar.
Novruz bayramında qulaq falına çıxmaq adəti də vardır. Qaranlıq düşəndə niyyət tutub qonşuların danışıqlarına qulaq asmağa gedərlər. Ilk eşidilən söz tutulmuş niyyətə uyğun olaraq yozulur.
Odur ki, Novruz bayramı axşamında evlərdə könül açan, ümid verən söhbətlər danışılmalıdır. Novruz bayramında ən çox yayılmış adətlərdən biri də qurşaq salmaqdır. Daha çox uşaqlar, cavanlar qaranlıq düşəndə evbəev gəzib bacadan, pəncərədən qurşaq sallayıb bayrampayı alırlar.
Onların qurşaqlarına qovurqa, boyanmış yumurta, alma, armud, ərik, qavalı qurusu, cürbəcür şirniyyatlar bağlayırlar. Azərbaycanın böyük şairi Şəhriyar da " Heydərbabaya salam" əsərində bu qurşaq sallamadan danışıb.
Novruz bayramında kin-küdürət unudulmalıdır. Heç kəs gərək bir-biri ilə küsülü qalmasın.
Novruz bayramı yadda bolluq, xeyirxahlıq, gözəllik bayramı kimi qalır.
Bu əziz bayram ərəfəsində hər bir azərbaycanlıya, hər bir ölkə vətəndaşına, onların ailələrinə bir daha səadət, firavanlıq, cansağlığı arzu edirik və uğurlar diləyirəm.
Xalid Quliyev
"Sumqayıt Sukanal" İdarəsinin rəisi
Daha çox xəbər:
Şuşanın İlham Əliyev zirvəsi
Gündəm, Siyasət, Cəmiyyət, ÖlkəSabahdan 9 günlük tətil başlayır
CəmiyyətPrezident xalqı təbrik etdi
Gündəm, SiyasətKönül xanım Kərimova: Həmrəyliyimizin rəmzi bu bayram qoy hər evə xoş ovqat ...
ÖlkəRafael Mehrəliyev: Sizi əziz Novruz bayramı münasibətilə ürəkdən təbrik edi ...
Cəmiyyət