Gündəm, Siyasət, Ölkə
12 dekabr 2022
276

İlham Əliyev – qurucu lider, uğur simvolu

İlham Əliyev – qurucu lider, uğur simvolu
Hazırda hüquq-mühafizə orqanlarının, xüsusilə də polisin fəaliyyəti məni qane edir. Çünki cənab Vilayət Eyvazov nazir gələndən sonra kifayət qədər müsbət yönümlü dəyişikliklər baş verdi. Yeni nazir polis sistemində infrastruktur dəyişiklikləri etdi. Müəyyən kadr islahatları apardı. Bunların hamısı göz önündədir. Bunları kütləvi informasiya vasitələri də görür, vətəndaşlar da... Eyni zamanda sadalananlar polisin fəaliyyətinə müsbət yönümdə təsir etdi. İstər baş vermiş cinayət hadisələrinin isti izlərlə açılmasında, istərsə də ictimai asayiş qaydalarının qorunmasında, ən əsası, polis və vətəndaşların davranışında çox yüksək səviyyədə dəyişikliklər oldu. Vətəndaş və polis arasındakı davranış münasibətlərində çox yüksək səviyyəli dəyişikliklər baş verdi. Bu da yeni nazirin xidmətləridir. Bunu hamı hiss edir, duyur və görür.
Çox yüksək səviyyədə qiymətləndirirəm. Gəlin, ilk növbədə Birinci Qarabağ savaşına ekskursiya edək. Birinci Qarabağ müharibəsinin ilk aylarında Azərbaycanda Müdafiə Nazirliyi yox idi. Hələ formalaşdırılmamışdı. Yəni, həmin vaxt ermənilərə qarşı ön cəbhədə vuruşan, şəhid olan, yaralanan ən çox polislər idi. Həmin dövrdə polis orqanları kifayət qədər şəhid verdi. Nə qədər polisimiz Birinci Qarabağ müharibəsində əlilliyə düçar oldu. Polislərimiz dövlət tərəfindən mükafatlandırıldı. Çünki faktiki olaraq həmin dönəmdə Müdafiə Nazirliyi yox idi. Söhbət 1989-90-cı illərdən gedir. Qarabağ savaşının ilk illərində yalnız polis vuruşurdu. Bir sözlə, torpaqlarımızı, vətəndaşlarımızı polislərimiz qoruyurdu. Bunu heç vaxt unutmaq olmaz. Keçək İkinci Qarabağ müharibəsinə, budəfəki savaşda bizim yüksək səviyyəli Müdafiə Nazirliyimiz var idi. Müdafiə sistemimiz ən müasir tələblərə cavab verirdi. Peşəkar ordu və ən müasir texnika ilə döyüşləri aparırdıq. Bu dəfə polis arxa cəbhədə öz fəaliyyətini gücləndirdi. Birinci Qarabağ savaşında polis ön cəbhədə idi, İkinci Qarabağ müharibəsində isə polislərimizin ön cəbhədə döyüşməsinə ehtiyac qalmadı. Çünki peşəkar və nizami ordumuz var idi. Arxa cəbhədə isə polislərimiz çox yüksək peşəkarlıqla fəaliyyət göstərdilər. Bu da cənab Vilayət Eyvazovun fəaliyyət vaxtına düşür.
Bir qanunauyğunluq var, ölkədə müharibə gedəndə kriminal aləmə və cinayətə meyilli adamlar bundan istifadə edir. Arxa cəbhədə cinayətlərin baş verməsinin qarşısının alınması, baş vermiş cinayətlərin “isti izlər”lə açılması, ictimai asayiş qaydalarının qorunması işlərini polis öz üzərinə götürür. Bu dəfə də belə oldu. Polislərimiz arxa cəbhədə çox yüksək peşəkarlıqla fəaliyyət göstərdilər. Bunların hamısını polis elədi. Belə deyək də, ön cəbhədə hərbçilərimiz vuruşurdu, arxa cəbhədə isə polislərimiz... Həmin dövrü ancaq bu cür səciyyələndirmək olar.
Koronavirusun yayıldığı dönəmlərdə Azərbaycan polisi çox əziyyət çəkdi. Bu da polisin arxa cəbhədə apardığı mübarizənin ən önəmli məqamlarından biri idi. Səhiyyə işçilərinin fəaliyyətini kiçiltmək istəmirəm, onların da əziyyəti böyükdür. Allah onlara da can sağlığı versin. Hamımız gördük ki, virusun qarşısının alınmasında, epidemiyanın daha çox yayılmamasında əsas əziyyət çəkənlərdən biri də polis oldu. Bunu unutmaq mümkün deyil. Gecə-gündüz yollarda, küçələrdə idilər. Polislər çox əziyyət çəkdilər. Bu da başqa bir müharibə idi. Ona qarşı polis vuruşmalıdır və vuruşdu da...
Hər şey göz önündədir. Polisin mətbuat xidmətinin məlumatlarını, yaydığı informasiyaları hamımız görürük. Polis üç istiqamətdə fəaliyyət göstərir. Polis-əməliyyat xidməti, ictimai asayişin qorunmasında post-patrul xidməti – buna bayır xidməti də deyirlər – bir də ki, istintaq... Əməliyyatçıların işləri də kifayət qədər peşəkarlığa söykənir. Gördüyü işlər göz qabağındadır. İstər narkomaniyaya qarşı mübarizədə, istərsə də baş verə biləcək cinayətlərin qarşısının alınmasında, bununla bağlı əməliyyat tədbirlərinin keçirilməsində yüksək peşəkarlıq nümayiş olunur. Bir həftə əvvəl Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi var. Onlar hesabat verdilər. Nə qədər silahlı gəzən dəstələri ifşa ediblər. Nə qədər uğurlu əməliyyat tədbirləri gerçəkləşdiriblər. Narkotik satanları ifşa ediblər. Göz qabağındadır, əməliyyat xidməti kifayət qədər yaxşı işləyir.
Vətəndaşların həyatlarını qoruyurlar. Bunları da polis edir. Bu da ikinci bir cəbhədir və bu cəbhədə də polislər döyüşür. Çox əziyyətli işdir. Ermənilər işğal etdikləri rayonları darmadağın edib getdilər. Onlar bütün gün ayaq üstədirlər. İşğaldan azad olunmuş ərazilərdə hələ ki, onların normal fəaliyyət göstərmələri üçün şərait yoxdur. Təbii ki, bu, müvəqqətidir və orada ən müasir şərait yaradılacaq. Qısa müddətdə bütün problemlər həll edilməkdədir. Bir sözlə, polislərimiz orada çox böyük əziyyətlər çəkirlər. Müharibə dayanıb, sanki polislərimiz işğaldan azad olunmuş ərazilərdə əks-əməliyyat keçirirlər. Vətəndaşlarımızın təhlükəsizliyi, ictimai asayişin təmin olunması məhz onlara həvalə olunub. Vətəndaşlarımızı minalanmış ərazilərə buraxmamaqla onların səhhətlərini qoruyurlar. Elə vətəndaş var ki, başa düşür, bəziləri isə minalanmış ərazilərə keçir. Bütün bunların qarşısını alan da polisdir.

Fəxrin Bektaşi
Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin rəisi