Gündəm, Cəmiyyət
16 dekabr 2022
323
Təhsil işçiləri təltif olundu

Ölkəmizdə hər sahədə olduğu kimi təhsilimizdə də böyük inkşaf prosesi danılmazdır. Ulu Öndər Heydər Əliyev siyasətinin əsas prioriteti olan təhsilimizin inkşafı bu gündə həmin siyasətin layiqli davamçısı Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə əhatə olunaraq inkişaf edir. Azərbaycan gənclərinin dünyanın məhşur universitetlərinə qəbulu, eyni zamanda dünya ölkələrindən tələbələrin ölkəmizdə təhsil alması, savadlı kadrların həm ölkəmizdə, həm də xarici ölkələrdə uğurlu nailiyyətlər əldə etməsi təhsilimizin inkişafından xəbər verir. Sözsüz ki, təhsilimizin inkişafında dövlətin təhsilə göstərdiyi qayğıdan əlavə peşəkar müəllimlərin də əməyi az deyil. Bu gün ən ucqar rayonlarımızda hər cür texnoloji avadanlıqlarla təminatın təşkili müəllimlərin tədrisi üçün hər cür şəraitin yaradılması istiqamətində aparılan işlər gənc savadlı kadrlara keyfiyyətli təhsil vermək üçün böyük stimul verir.

Kadrların yerləşdirilməsi,peşəyə həvəsləndirmə ən əsasıda pedaqoqların əməyinin qiymətləndirilməsi Təhsil Naziri cənab Emin Əmirullayevin xüsusi diqqətindədir. Mütəmadi olaraq müəllimlərin peşə fəaliyyəti cənab nazirimiz tərəfindən layiqincə qiymətləndirilir. Bu yaxınlarda bir çox təhsil işçilərinin fəaliyyəti cənab Təhsi Naziri Emin Əmirullayev tərəfindən qiynətləndirildi.
Bakı Şəhəri Təhsil İdarəsində bununla bağlı xüsusi tədbir keçirilmişdir. Tədbiri giriş sözüylə açan idarə rəhbəri xanım Mehriban Vəliyeva ilk öncə Təhsilə göstərdiyi diqqət və qayğıya görə cənab prezidentə minnətdarlığını bildirdi. Daha sonra nazirlik tərəfindən "Qabaqcıl təhsil işçisi" döş nişanı və fəxri fərmanlarla tətif olunan müəllimlərə öz təbriklərini bildirmiş onlara işlərində yeni uğurlar arzu etmişdir. Tədbirdə təhsilin inkişafında xidmətlərinə və gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlərinə görə təltif olunmuş 11 nəfər təhsil işçisinə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı, 17 nəfər təhsil işçisinə “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı” təqdim edildi. “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunan təhsil işçilərindən biri yeni riyaziyyat dərslik, müəllimlər üçün metodik vəsaitlərinin və , iş dəftərlərinin həmmüəllifi, riyaziyyat üzrə fəlsəfə doktoru 193 saylı məktəbin riyaziyyat və informatika

Qloballaşma və texnoloji tərəqqi dövründə gələcək nəslin yeni bacarıqlara sahib olmasına ehtiyac yaranır. Bugün müəllim gələcək nəslin yetişdirilməsində əvəzsiz xidmət göstərir. Günay xanıma və peşəsinə vicdanla yanaşan, gələcək nəslin təlim tərbiyəsində yorulmadan çalışan bütün müəllimlərimizə bu şərəfli və məsuliyyətli yolda uğurlar arzu edirik.
Xezertv.info

Daha çox xəbər:

Emin Əmrullayev: "Təhsil sistemi üçün riskli situasiya yaranıb"
Ölkə
Yeni Təhsil naziri deputatlarla görüşüb
Cəmiyyət
Misir Mərdanov yeni Təhsil nazirindən — DANIŞDI
Ölkə
Yeni Təhsil nazirinin uşaqlığı, təhsil aldığı məktəb və ailəsi — VİDEO
Ölkə, Video
Təhsil naziri təyin olundu — Emin Əmrullayev kimdir?
Ölkə