Gündəm, Siyasət, Cəmiyyət
19 dekabr 2022
295

XXI ƏSRİN MİLLİ LİDERİ

XXI ƏSRİN MİLLİ LİDERİ
30 il gözlədiyimiz Qarabağımızın QƏLƏBƏ NİDASI! Xalqımızın 30 illik həsrətinə Şanlı, Güclü Ordumuzun apardığı 44 günlük müharibə son qoydu. Azərbaycan və Rusiya prezidentləri, eyni zamanda Ermənistanın baş nazirinin imzaladığı müqavilə Böyük Qələbəmizin NİDASI oldu və Azərbaycan meydanda və masada Qələbə tarixini yazdı. İşğalçı Ermənistan Qarabağda təslim oldu.
Yaşa Ali Baş Komandanımız, 30 illik həsrətimizə son qoydun! Gözün aydın, Azərbaycanımız, şəhidlərimizin qanı yerdə qalmadı! Fədakar və qəhrəman əsgərləri olan bir Ordunun torpaqları əbədi olaraq işğal altında qala bilməzdi, qalmadı da.
Bəli, bu gün işğaldan azad edilən torpaqlarımız, məhz rəşadətli Ordumuzun və müzəffər Ali Baş Komandanımızın döyüşkənliyi, əzmi, qətiyyəti sayəsində mümkün oldu. Torpağımızın hər qarışı uğrunda canlarını fəda edən əziz şəhidlərimizin ruhları şad olsun. Onların ruhları qarşısında baş əyirik! Bu gün işğaldan azad olunan torpqlarımızda üçrəngli Azərbaycan Bayrağı dalğalanır. Dövlət başçısı onu da deyib ki, bizim mübarizəmiz haqq mübarizəsidir. Artıq bu gün Qarabağımız Azərbaycandır! Bəli, bu sevinc, bu qələbə güclü ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin uğurlu, proqmativ siyasətinin nəticəsində əldə olundu. Çünki güclü Ordu ilə güclü Dövlət anlayışı vəhdət təşkil edir. Çünki müstəqil dövlətin nüfuzu iqtisadi, siyasi, elmi potensialı ilə yanaşı, onun malik olduğu ordusunun qüdrəti ilə də ölçülür. Və ən sevincli tariximiz noyabrın 8-də 30 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilməsi oldu. Torpaqlarımızın hər qarışı işğaldan azad olduqca sevincimiz birə on qat artır.
Azərbaycan Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevin dediyi kimi, Şuşasız bizim işimiz yarımçıq olar: “İşğal edilmiş torpaqların hər bir qarışı, hər bir şəhər bizim üçün doğmadır, əzizdir. Mənim üçün hər bir kəndin dəyəri, qiyməti o biri kəndlə müqayisədə, o biri şəhərlə müqayisədə eynidir, bərabərdir. Ancaq siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar”. Bu zaman çox keçmədi. 10 noyabrda Qarabağımız tam Azəzərbaycanın oldu.
Cənab Prezident! Biz hər zaman sizin yürütdüyünüz siyasəti dəstəkləyəcəyik. Sizi möhtəşəm qələbəmiz, qarşıdan gələn ad gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, sizə möhkəm can sağlığı, uzun ömür arzulayıram. Var olun!

İslam İsmayılov
DYP, Xaçmaz rayon qeydiyyat-imtahan və texniki baxış şöbəsinin rəisi